Bu şəxslər `Bakı Bus`a buraxılmır - Qadağa 20 İyul 2018 01:00 Xəbərlər "Bakı Bus" ev heyvanlarının və içkili sərnişinlərin avtobusa girişinə qadağa qoyub. Axar.az xəbər verir ki, bu barədə “Bakı Bus"un direktor müavini Azər Qasımov bildirib. O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bunu biz demirik. Bu qanun Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir". Teqlər : #Bu şəxslər `Bakı Bus`a buraxılmır Qadağa, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- `Azərişıq` ASC