Bu ərazilərdə təbii qaz təchizatı məhdudlaşdırılır

Bu ərazilərdə təbii qaz təchizatı məhdudlaşdırılır

Diametri 530 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Sumqayıt şəhərinin, eləcə də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin, 7-ci və 8-ci mikrorayonların bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin saytında yer alan məlumatda deyilir.
 
"Azəriqaz" yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. /

Google+ WhatsApp ok.ru