Bu ərazilərdə içməli suyun verilməsində problem yaranacaq

Bu ərazilərdə içməli suyun verilməsində problem yaranacaq

Məhdudiyyət magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədardır
 
Bakı şəhərinin Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, Z.Tağıyev küçələrində içməli suyun verilməsində problem yaranacaq.
 
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, Bakı şəhəri Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar martın 10-da gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə (Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, Z.Tağıyev küçələrində) bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranan narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir. /

Google+ WhatsApp ok.ru