Bu əməl şeytanın qəlbini parçalayır...

Bu əməl şeytanın qəlbini parçalayır...

Bir gün Peyğəmbəri-Əkrəm (s) səhabələrinə buyurdu: “Sizə bir əməl öyrədimmi ki, onu yerinə yetirdikdə, şeytan şərqdən qərbə qədər məsafədə sizdən uzaqlaşsın?!”

Səhabələr dedilər: “Bəli, ey Allahın Rəsulu (s)!”

Həzrət buyurdu:

“1. Hər bir şeyin zəkatı var və bədənin zəkatı orucdur. Oruc şeytanın üzünü qaraldır.

2. Sədəqə onun belini sındırır.

3. Allah yolunda sevmək və xeyir işlərdə həmkarlıq onun kökünü kəsir.

4. Tövbə və istiğfar onun qəlbini parçalayır.”

(“Əl-məvaizul-ədədiyyə”, səh.115, 4-cü bölüm, 1-ci hissə; “Zubdətul-əhadis”, c.1, səh.86-87.)

Maide.az – Maarif böllümü

 

 

Google+ WhatsApp ok.ru