İranda ilk elektrobus istifadəyə verilib 02 İyun 2021 13:42 Dünya Bu gün Məşhəd şəhərində İranın istehsal etdiyi ilk elektrobus istifadəyə verilib. Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, İranda ilk elektrobus İranın Mapna Şirkətlər Qrupu tərəfindən istehsal olunub. Elektrobusun uzunluğu 12 metrdir və 19,5 ton tutumu var. Elektrobus gündə bir dəfə elektrik enerjisi ehtiyatı ilə təxminən 300 kilometr məsafəni qət edə bilər. Elektrobusun istifadəyə verilməsi ilə əlaqədar tədbirdə çıxış edən Məşhəd Şəhər Bələdiyyəsinin sədri Məhəmməd Rza Kəlai deyib ki, Məşhəd Şəhər Bələdiyyəsi ilə Mapna Şirkətlər Qrupu arasında 100 elektrobusun düzəldilməsi ilə əlaqədar müqavilə imzalanıb. Müqavilə əsasında bu il 10 elektrobus Məşhəd Şəhər Bələdiyyəsinə təhvil veriləcək. Teqlər : #İranda,#ilk,#elektrobus,#istifadəyə,#verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: 'İran 40 ildir qaçqınlara ev sahibliyi edən nümunəvi ölkədir' Yaponiyada ABŞ silahlı qüvvələrinə məxsus helikopter qəza enişi edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO