Bu şənbə və gələn bazar Bakıda ictimai nəqliyyat işləyəcək

Bu şənbə və gələn bazar Bakıda ictimai nəqliyyat işləyəcək

Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı istirahət günləri olmasına baxmayaraq, iyunun 12-si və 20-də ictimai nəqliyyat fəaliyyət göstərəcək.
 
 
Maide.Az “qafqazinfo”a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
 
Nazirlər Kabinetinin qərarına əsasən, yalnız 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasına qərar verilib.
 
Beləliklə, iyunun 12-si (şənbə günü) və iyunun 20-si (bazar günü) sərnişin avtobusları və metro işləyəcək.
 

 

Google+ WhatsApp ok.ru