Bu adın sevilməsi onları narahat edir 15 May 2019 14:49 Dünya Qərbin məşhur medialarının hesabatında deyilir ki, 2018-ci ilin oğlan uşaqlarına qoyulan ən sevimli adı MƏHƏMMƏD olub. Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu adın sevimliliyi Almaniyanın müxtəlif əyalətlərində, o cümlədən Berlin şəhərində gözəçarpacaq dərəcədə çox olub. Almaniyanın islamofobluqda məşhur Alternativ partiyasının üzvləri bu xəbərdən nigaran olublar. Nigarançılıqlarını gizlətməyərək bu məsələni sosial şəbəkələrdə də yayıblar. Onlar bildiriblər ki, müsəlmanların gələcəkdə güclənməsi onları narahat edib. Almaniyanın sağçı mediası isə bu məsələni gələcəkdə Almaniya cəmiyyətinin tərkib hissəsinin ciddi dəyişikliyə məruz qalması kimi dəyərləndiriblər. Siyasi icmalçılar isə bu məsələnin yalandan böyüdüldüyünü və şişirdildiyini hesab ediblər. Onların fikrincə ifratçı və radikal sağçılar gələcək seçkilərdə anti-miqrant qrupları parlament seçkilərində qızğın iştirak etməyə həvəsləndirmək istəyirlər. "Çünki Avropada, eləcə də Almaniyada xristian adları daha çox məşhurdur. 2018-ci ilin statistikasına görə, Mari adı 566, Sofiya 541, Şarlut 467, Mariya 439, Emilya 389, Aleksandır 439, Luk 400 uşağa qoyulduğu halda, "Məhəmməd" adının müxtəlif yazılışları təkcə 280 uşağa qoyulub". Teqlər : #adın,#sevilməsi,#onları,#narahat,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şri-Lankada məscidə hücum olunub -FOTO Almaniya İraqda hərbi fəaliyyətini dayandırır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO