Bu avtobusların hərəkət sxemi dəyişdirildi 05 Dekabr 2019 10:30 Ölkə 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək. Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib. Məlumat üçün bildirək ki, Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik 07.12.2019-cu il tarixdən tətbiq ediləcək. Teqlər : #avtobusların,#hərəkət,#sxemi,#dəyişdirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib