Bu avtobusu dayanacaqdan kənarda saxlatdırmaq 40 qəpikdir

Bakıda sərnişin avtobusuun sürücüsü daha bir özbaşınalığa əl atıb. Facebook sosial şəbəkəsində yayılmış məlumatda bildirilir ki, sərnişin avtobusunun sürücüsü gedişhaqqının 20 qəpik olduğu barədə elan yazıb. Lakin digər elanda isə bildirir ki, avtobusu dayanacaqdan kənarda saxlamaq üçün 40 qəpik tələb olunur. Bu barədə sosial şəbəkədə foto da paylaşılıb. Şəkildən görünür ki, elanın yapışdırılmasında məqsəd dayanacaqdan kənarda saxlamağa sürücünün bilavasitə marağı var. Sürücü hətta avtobusa öz ad və soyadını yazıb.
Məsələyə aydınlıq gətirmək üçün Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətilə əlaqə yaratdıq. Cəmiyyətin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirovun anspress-ə verdiyi məlumata görə, sürücünün müəyyən olunmuş gedişhaqqından artıq pul almağa ixtiyarı yoxdur. “Bu məsələ mütləq araşdırılacaq. Şəkildə qeyd olunur ki, hadisə 8 saylı avtobusda baş verib. Lakin Bakıda 8 saylı avtobus yoxdur. Araşdırma nəticəsində sürücü tapılaraq sərt şəkildə cəzalandırılacaq”, - deyə Elçin Nəsirov bildirib. Qurum rəsmisinin sözlərinə görə, bu elandan da açıq görünür ki, avtobusların dayanacaqdan kənarda dayanmasına səbəb birbaşa sərnişinlərdir. “Sərnişinlər məcbur edirlər ki, dayanacaqdan kənarda saxlasın. Yəqin sürücü bezib və bundan sui-istifadə edərək pul qazanmaq istəyir. Bəlkə də bu fotomontajdır. Araşdırmalardan sonra bir nəticəyə gəlmək olar”, - deyə Elçin Nəsirov bildirib.

Google+ WhatsApp ok.ru