Bu ayda dua etməyə səhlənkar yanaşmayın

Bu ayda dua etməyə səhlənkar yanaşmayın

Zikr və ünsiyyət behiştinə daxil olmaq üçün ən yaxşı vasitə mübarək Ramazan ayında oxunması tövsiyə olunan dualardır; istər bu aya məxsus olan dualar olsun, istərsə də “Şəbaniyyə minacatı” və “Səhifeyi-Səccadiyyə”dən olan dualar kimi bütün həssas məqamlarda oxunması mümkün olan dualar. Bunlardan istifadə etmək olduqca dəyərlidir.

“Şəbaniyyə” minacatında oxuyuruq:

وَ اسمَع دُعائی اِذا دَعَوتُک، وَ اسمَع نِدائی اِذا نادَیتُک، وَ اقبِل عَلَیَّ اِذا ناجَیتُک

Səni çağıran zaman duamı, səsləyən zaman nidamı eşit və Səninlə münacat etdikdə, mənə nəzər sal.

فَقَد هَرَبتُ اِلَیکَ وَ وَقَفتُ بَینَ یَدَیک

Həqiqətən, mən Sənə üz tutmuşam və dərgahında dayanmışam.

Bunlar ən incə qəlblərdən, ən bəlağətli dillərdən süzülmüş sözlər, ifadələrdir. Bu ayda dua etməyə səhlənkar yanaşmayın.

هَب لی قَلباً یُدنیهِ مِنکَ شَوقُهُ وَ لِساناً یُرفَعُ اِلَیکَ صِدقُهُ وَ نَظَراً یُقَرِّبُهُ مِنکَ حَقُّه

İlahi, mənə Sənə yaxınlaşmağıma səbəb olacaq qəlb, sədaqəti Sənə doğru yüksələcək dil və həqiqəti məni Sənə yaxınlaşdıracaq baxış əta et.

Şövqündən yüksələn, ucalan, Rəbbin zatına yaxınlaşan bir qəlb – insan Allahdan bunu istəyir.

“Əbu Həmzə Sumali” duasında da oxuyuruq:

بِکَ عَرَفتُکَ وَ اَنتَ دَلَلتَنی عَلَیکَ وَ دَعَوتَنی اِلَیکَ وَ لَولا اَنتَ لَم اَدر ما اَنت

Səni Öz vasitənlə tanımış, Özün mənə Səni tanımaqda yol göstərmiş və dərgahına dəvət etmisən. Əgər Sən olmasaydın, mən kim olduğunu bilməzdim.

Həzrəti-Haqla, məhəbbət və izzətin qaynağı ilə bu cür lətif şəkildə mənəvi əlaqə yaratmaq; bunlar çox dəyərlidir, çox əhəmiyyətlidir, həssas qəlbləri, həqiqətən də, isidir, qoruyur, ümid bəxş edir, onların pənah yerinə, dayağına çevrilir.

Duadan əl götürməyin, duadan üz çevirməyin. Dua çox dəyərlidir. Dua ümidsizlik, bədbinlik içində olan, yanlış emosiyalara qapılmış qəlblərin halını dəyişməyə, onları doğru yola istiqamətləndirməyə qadir olan bir iksirdir. Dua belə bir xüsusiyyətə sahibdir. Bu gecələrdən istifadə edin. Əlbəttə ki, duanı mənasını düzgün dərk etmədən, sadəcə üzündən oxumaq, yaxud mənanın yalnız zahirini anlayaraq oxumaq dua oxumağın ən aşağı mərhələsidir, buna baxmayaraq, dua ilə qaynayıb-qarışmaq, o mənalarla ünsiyyətdə olmaq, onlara baş vurmaq çox dəyərlidir. (Ali Rəhbərin şairlərlə görüşü zamanı etdiyi çıxış – 1/7/2015.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru