Bu ay Sumqayıtda 39 nəfər dəm qazından zəhərlənib

Bu ay Sumqayıtda 39 nəfər dəm qazından zəhərlənib

Bu ay Sumqayıtda dəm qazı zəhərlənməsi ilə bağlı 39 nəfər həkimə müraciət edib.  

Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, noyabr ayı ərzində dəm qazı zəhərlənəsi ilə daxil olan 39 nəfərdən 20-nin vəziyyəti ağır olub. Zəhərlənənlərdən 5-i azyaşlı olub. Onların arasında ölüm halı qeydə alınmayıb.  

Zəhərlənmə halları əsasən fərdi yaşayış evlərində baş verib.  

Google+ WhatsApp ok.ru