Bu bahalanma başlanğıcdır, son yox...

Bu bahalanma başlanğıcdır, son yox...

"Novoye Vremya" qəzetində "Növbədə benzin, qaz və sudur" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif Tarif Şurasının iyulun 30-da ictimai nəqliyyatda və metroda, gediş haqlarını 50% bahalaşdırmasının ehtimal ounan gələcək nəticələrini müzakirə edir.
 
Müəllifə görə, bu qiymət artımının nəticələri qorxuludur: "Müstəqil ekspertlər belə düşünürlər ki, bu 50%-lik bahalaşma təkcə sərnişindaşıma sahəsində yox, digər sahələrdə də bahalaşmaya yol açacaq start mexanizmidir və ictimai nəqliyyatda bahalaşma aysberqin görünən tərəfidir".
 
Müəllifə görə, avtobuslarda 20 qəpikdən 30 qəpiyə qaldırılan qiymət artımı bununla dayanmayacaq, daha da artaraq 40 qəpik və daha yuxarı olacaq: "Avtobusların, metronun arxasınca taksi xidməti bahalaşcaq, şəhərlərarası nəqliyyatda tariflərin bahalaşması kənd təsərrüfatı məhsullarını bahalaşdıracaq, bu, hələ hamısı deyil, aqrar sahədə məhsul yığımı başa çatdıqdan sonra mazut və dizel yanacağının artması da tamamilə mümkündür".
 
Əhalinin nəqliyyat xərclərinə gəlincə, müəllif deyir ki, hələ son bahalaşmaya qədər də bu sahədə vəziyyət yaxşı deyildi, belə ki, marşrutların
 
optimallaşdırılması adı ilə sərnişinlər evlərinə çata bilmək üçün 2-3 marşrut dəyişirdilər və hər marşrut da maliyyə məsrəfi deməkdir: "Nəticədə şəhərətrafı avtobusların hərəkət xətləri həddən artıq səmərəsiz, sərnişinlərin xərcləri isə bir neçə dəfə artmış haldadır. Bu, azmış kimi, üstəlik Tarif Şurası da bahalaşdırma qərarı verib".
 
Müəllifə görə, bu problemi sərnişinlərə müəyyən vaxt müddətinə verilən "saatlıq" gediş biletləri tətbiqilə həll etmək olardı ki, sərnişin həmin müddətdə ictimai nəqliyyatdan məhdudiyyətsiz istifadə edə bilsin.
 
Yazı müəllifi sərnişindaşımada əhalinin tələbələr, məktəblilər, pensiyaçılar təbəqələri üçün kompensasiyalar nəzərdə tutulmamasını bahalaşmanın
 
neqativ nəticələrindən sayır və bir çox ölkələrdə belə güzşətlərin olduğunu bildirir.
 
Müəllif deyir ki, ictimai nəqliyyatda gediş haqlarının bahalaşdırırlacağı gözlənilən idi, belə ki, bu sahədəki dövlət şirkətlərinin zərərlə işləmələri barədə bəyanatlar səsləndirilirdi.
 
Müəllif vurğulayır ki, dövlət büdcəsindən 45 milyon manat subsidiya verilməsinə baxmayaraq, "Bakmetropoliten" QSC ötən ili 12 milyon 581 manat ziyanla başa vurub, məcmu zərər isə 371,7 milyon manatdır.
 
"Bakıbus" şirkəti isə 2016-cı ili 54,638 manat zərərlə sona yetirib. (contact.az)

Google+ WhatsApp ok.ru