Bu dəstənin tək məqsədi həqiqi İslam dinini yox etməkdir

İŞİD-in qara siyahısı təkmilləşməkdədir. Oraya Obamadan tutmuş Putinə kimi nüfuzlu şəxslər daxildir. Hətta Roma Papası və sünni alimləri belə, onların tərəfindən şantaj olunur. Bəs bu qara siyahının pərdə arxası məqamları nədir?
 
Maide.az-ın məlumatına görə, neçə vaxtdır İŞİD Suriya və İraqda dünyanı heyrətə gətirən görülməmiş vəhşiliklər törədir. Bu, dünya ictimaiyyətinin İslam dininə qarşı bədbin olmasına səbəb olub. Digər tərəfdən isə Yaxın Şərq ölkələrini əmniyyətsiz və investisiya üçün təhlükəli məntəqə kimi göstərirlər. 
 
Qərbin İŞİD-i maliyyələşdirməsi və silahlandırması bizi belə bir insanlıqdan uzaq radikal qruplaşma ilə üz-üzə qoyub. Əslində bu dəstənin tək məqsədi həqiqi İslam dinini yox etməkdir. 
 
Onların ən böyük təhdidi isə Kəbəni dağıtmaqdır. Bu haqda İŞİD-in komandanlığına daxil olan Əbu Turab əl-Müqəddəsi öz Twitter səhifəsində yazıb. Bunu da qeyd edək ki, Allahın evinin dağıdılması ABŞ-nin planlarına da daxildir. Belə ki, bir necə il öncə ABŞ-da Kəbəni qırıcı təyyarə ilə dağıtmağın mümkünlüyünü göstərən kompyuter oyunu işiq üzü gördü. Həmçinin, İŞİD-in bir çox ölkələrə, ayrı-ayrı vəzifəli şəxslərə hədə-qorxu gəlməsi dünyada əmniyyət atmosferini məhv edir. Qərb ölkələrinin vətəndaşlarının İŞİD-ə qoşulmasıyla bağlı heç bir reaksiya verməməsi bu terror təşkilatın günü-gündən güclənməsinə gətirib çıxardı.
 
Şübhəsiz ki, ABŞ öz ordusunu İraqa yeritmək üçün İŞİD-dən tramplin kimi istifadə edir. Lakin Qərb bunu nəzərdən qaçırır ki, bu terror təşkilatı yavaş-yavaş onların da güclü düşməninə çevrilir. 
 
2006-ci ildə Əbu-Bəkr əl-Bağdadi tərəfindən İŞİD-çilərə yeridilən ideologiya, 18-ci əsrdə yaranan vəhhabi ideologiyası ilə eynidir. Bu ideologiya İslam dini üçün ən ciddi problemlər yaradıb. 

Google+ WhatsApp ok.ru