Buğda əkini azalıb

Buğda əkini azalıb

Azərbaycanda payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir.
 
Maide.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu il dekabrın 1-nə kimi 891 min 306.9 hektar sahədə dən və yaşıl yemdən ötrü payızlıq bitkilər səpilib: «Səpin aparılmış sahənin 98.3 faizini və yaxud 876 min 163.6 hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun da 577 min 252.5 hektarı buğda, 298 min 702.1 hektarı arpa, 209 hektarı isə çovdarın payına düşür».
 
Ən çox buğda Cəlilabad (49 min 100 ha) rayonunda əkilib. Ən çox arpa əkini isə Neftçala (29 min 485 ha) rayonuna aiddir.
 
«Ötən ilin eyni dövrü ilə müqayisədə payızlıq bitkilərin səpin sahəsi 1.3 faiz, o cümlədən arpa sahəsi 6.5 faiz, çovdarın səpin sahəsi 2.7 dəfə artmış, buğdanın səpin sahəsi 1.2 faiz azalmışdır», - DSK-nın məlumatında vurğulanır.
 

Google+ WhatsApp ok.ru