Bu da ABŞ-ın yeni prezidenti olmaq istəyən şəxsi: eynicinslilərə evlilik hüququ verilməlidir

ABŞ prezidentliyinə namizəd olacağını açıqlayan sabiq dövlət katibi Hillari Klinton ABŞ Ali Məhkəməsinin bütün ştatlarda həmcins nikahlara icazə verəcəyinə ümid edir.
 
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, onun mətbuat katibi Adrien Elrod Amerikanın "Sun Herald" qəzetinə H.Klintonun "nikahların bərabərliyini dəstəklədiyini" deyib.
 
Əvvəl xanım Klinton eynicinsli nikahlara qarşı çıxsa da, 2013-cü ildə dövlət katibi vəzifəsindən istefa verəndən sonra tamam başqa fikirlərlə mətbuata gəlmişdi.
 
Hazırda H.Klinton Demokrat Partiyasının 2016-cı ildə prezidentliyə namizədi olmaq uğrunda mübarizə aparır.

Google+ WhatsApp ok.ru