Buğda idxalı 50 faiz artıb

Buğda idxalı 50 faiz artıb

Bu ilin 11 ayında Azərbaycan xaricdə təxminən bir yarım milyon ton buğda satın aldı, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur. Üstəlik, eyni rəsmi mənbələrə görə bu il taxıl və paxlalı bitkilərin istehsalı (3,5 milyon ton) 7,5% artıb.
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu il 1 milyon 487,7 min ton buğda idxal olunub ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 495 min ton çoxdur.Hələlik hökumət idxal göstəricilərinin bu qədər yüksək artımının səbəbini şərh etməyib.
 
Xaricdən əsas buğda alıcısı ehtiyatları məxfi məlumat sayılan Dövlət Taxıl Fondudur (DTF). DTF  ildə 750 min ton buğda ala bilər. Fond keyfiyyət göstəricilərinə əsaslanıb yerli istehsal olunan buğda almaqdan imtina edir. /contact.az
 

Google+ WhatsApp ok.ru