Buddistlər indi də xristianlara qarşı vəhşiliklər törədir

Buddistlər indi də xristianlara qarşı vəhşiliklər törədir

-- müsəlmanlarla yanaşı xristianlara qarşı etnik təmizləmə də davam etdirilir

Myanmada müsəlmanlarla yanaşı xristianlara qarşı etnik təmizləmə də davam etdirilir.
 
Maide.Az "Dünya bülleteni"nə istinadən xəbər verir ki, buddist hökumət xristian Kaçin xalqına qarşı zülmü artırıb.
 
"Sky News" kanalının müxbirləri uzun cəhdlərdən sonra kaçinlərin yaşadığı bölgəyə girərək məruz qaldıqları dəhşəti görüntüləyiblər.
 
Yerli əhali bildirib ki, buddist ordu harada kaçinli görsə öldürürlər, hamilə olsa belə bütün qadınlara təcavüz edirlər.
 
Bir çox kaçinli isə evləri yandırıldığı üçün meşəlik ərazilərə qaçmaq məcburiyyətində qalıblar.
 
Qeyd edək ki, Kaçin xalqı uzun illər muxtariyyət üçün silahlı mübarizə aparıb. 17 il davam edən atəşkəsdən sonra isə 2011-ci ildən etibarən bölgədə çaxnaşmalar yenidən başlayıb.
 
Xatırladaq ki,  ötən ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və qətliamlar başlayıb və bunun nəticəsində minlərlə insan  öldürülüb. 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb.
 

 

Google+ WhatsApp ok.ru