Buddist zülmündən xilas olan müsəlmanlara humanitar yardım edildi - FOTO

İnsan Haqq və Hürriyətləri vəqfi (İHH) humanitar yardım təşkilatı Myammarda buddistlərin zülmündən qaçaraq Açeyə sığınan Arakan müsəlmanlarına (Rohingyalar) və banqladeşlilərə yardım edib.
Maide.az qurumun saytına istinadən xəbər verir ki, Açe bölgəsində hazırda məcburi köçkün düşərgəsində 360 arakanlı və 52 banqladeşli var.
Məcburi köçkünlərə təmizlik ləvazimatları, uşaq və körpələr üçün lazımi ehtiyaclar, paltar, yorğan və isti yeməklər paylanıb.
Düşərgəyə 6 gün öncə gələn Məhəmməd Rəşid adlı müsəlman söyləyib ki, Myammardan silah gücü ilə çıxarılıblar:
“4 ay dənizin ortasında qaldıq. Banqladeşlər Myammar arasında yerləşən dənizdən hərəsində 13 nəfər yerləşən kiçik qayıqlarda idik. Buddist kapitan bizi dənizin ortasında qoyub getdi. Yalnız 10 kq düyü il həyatda qaldıq. Bizi indoneziyalı balıqçılar xilas etdi”, - deyə M.Rəşid başına gələnləri danışıb.
 

Google+ WhatsApp ok.ru