Bu dörd əməli yerinə yetirməyincə yatma...

Bu dörd əməli yerinə yetirməyincə yatma...

Həzrət Fatimeyi-Zəhradan (s.ə) belə nəql olunur:
 
دَخلَ عَلَيَّ رسولُ اللهِص وَقد اِفتَرشتُ فِراشِي لِلنَّومِ، فَقالَ:
 
“Bir gecə yаtmаğа hаzırlаşdığım vахt Allah Rəsulu (s) оtаğımа dахil оlub buyurdu:
 
يا فاطمه، لاتَنامِي اِلّاوَقَد عَمِلتَ اَربعةً: خَتَمتَ القرآنَ  وَجَعَلتَ الانبياءَ شُفَعائُكِ، وَاَرضَيتِ المؤمنينَ عَن نَفسِكِ وَحَجَجتِ وَاعتَمَرتِ،
 
“Ey Fatimə! Bu dörd əməli yerinə yetirməyincə yatma:
 
1. Quranı xətm et;
 
2. Peyğəmbərləri özünə şəfatəçi et;
 
3. Möminləri özündən razı sal;
 
4. Həcc və ümrə yerinə yetir.”
 
قالَ هذا وَاخَذَ فِي الصَّلوةِ فَصَبرتُ حَتّي اَتَمَّ صَلاَتهُ، قُلتُ: يارسول اللهص اَمَرتَ باربعةٍ لا اَقدِرُ عَلَيها فِي هذالحالِ! 
 
Həzrət Fatimeyi-Zəhra (s.ə) nəql edir ki, Peyğəmbəri-Əkrəm (s) bunu deyib namaz qılmağa başladı. Nаmаzını qurtаrana qədər gözlədim. Sonra dеdim: “Ya Rəsuləllah (s)! Dörd əməli yerinə yetirməyimi əmr etdin, halbuki bu anda onları yerinə yetirməyə qadir deyiləm.”
 
فَتَبَسَّمَ وَقالَ:
 
Peyğəmbəri-Əkrəm (s) təbəssüm edərək buyurdu:
 
اِذا قرأتِ ”قُل هُواللُه احدٌ“ ثَلاثَ مَراتٍ فَكاّنَكِ خَتَمتِ القُرآنَ
وَاذا صَليْتِ عَليَّ وَعَلَي الاَنبياءِ قَبلِي كُنا شُفعائُكِ يومَ القِيامَةِ،
وَاِذا اِستَغفرتِ لِلمُومِنينَ رَضُوا كُلُّهُم عَنكِ،
وَاذا قُلتِ: سُبحانَ اللهِ وَالحمدُ لِلهِ ولاالهَ اِلا اللهُ واللهُ اكبُر فَقَد حَجَجتِ وَاعتَمَرتِ
 
“Əgər üç dəfə “İxlas” surəsini tilavət etsən, sanki bir Quran xətm etmisən. Əgər mənə və öncəki peyğəmbərlərə salavat desən, biz Qiyamət günü sənə şəfaətçi olarıq. Əgər möminlər üçün (Allahdan) məğfirət və bağışlanma diləsən, onların hamısı səndən razı qalarlar. Əgər “Subhanəllahi vəl-həmdu lilləhi və lə iləhə illəllahu vəllahu-əkbər” desən, həqiqətdə, həcc və ümrə yerinə yetirmisən.” (“Üsuli-kafi”, “dua“ kitabı, c.4, hədis 3303.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru