Bu gənclər velosipedlə Həccə gedəcək

Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasından 5 gənc gələn il Həcc ibadətini yerinə yetirmək üçün velosiped ilə Məkkəyə gedəcək.
 
Gələn il Həccə getməklə bağlı qərar verən gənclər, Tatarıstan Müftisi Kamil Samiqullinin qəbulunda olub.
Müqəddəs məkanların hamısını velosipedlə ziyarət etməyi planlaşdıran gənc fəallar Tatarıstanın Bolgar şəhərindən yola çıxacaqlar. Səyahətləri ilə əlaqədar açıqlama verən gənclər "Əvvəllər bizim babalarımız da həccə vacibatlarını yerinə yetirmək üçün müqəddəs ziyarətgahları ziyarət edərək gedirdilər. Müasir dünyada sürətin həddindən artıq artması məsafələri qısaldıb. Təyyarə ilə heç bir çətinlik çəkmədən yola çıxmaq mümkün olur. Bunun üçün hər hansı bir əlavə səy göstərilmir. Beləliklə səmimilik aradan gedir" ifadələrini işlədib.
 
2015-ci ilin 25 iyununda yola çıxacaq gənclər 5400 kilometr yolu velosipedlə qət edəcəklər. Tatar gənclər Azərbaycan, İran, İraq və Küveytdən keçərək Səudiyyə Ərəbistanına çatacaqlar.
 
Gənclər yol boyu çəkilişlər apararaq qısa bir film çəkmək də istəyir. deyerler /

Google+ WhatsApp ok.ru