Bu gecədən Bakının bu ərazilərində su kəsiləcək

Maştağa anbar kompleksindən Ramana anbar kompleksinə qədər çəkilmiş yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulma işləri ilə əlaqədar bu gecədən etibarən 24 saat müddətində Bakının bir neçə qəsəbəsində su olmayacaq.
 
Maide.az xəbər verir ki, bu barədə “Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O bildirib ki, Ramana Südçülük Şuşa məcburi köşkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, "Sovxoz" adlanan əraziyə, Samir Əliyev küçəsinə (Aeroport yolunun sağ və sol hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. /
 

Google+ WhatsApp ok.ru