Bu gün 350 dustaq azadlığa çıxır

Bu gün 350 dustaq azadlığa çıxır

«Bu gün Amnistiya Aktının tətbiqinin ilk günüdür və bununla bağlı cəzaçəkmə müəssisələrinə gəlmişik. Mən, hələlik, 1 və 4 saylı qadın cəzaçəkmə müəssisəsində olmuşam».
 
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bunu AzadlıqRadiosuna bildirib.
 
Ə.Nuriyevin deməsinə görə, aktın ilk günü 350 nəfər məhbusun həbsxana divarlarından azad olunacağı gözlənilir: «Qanunda bu prosesin 4 aya başa çatdırılması nəzərdə tutulur. Amma fikrimcə, Penitensiar Xidmət bu prosesi daha tez başa vurmağın yolunu tapa bilər».

Google+ WhatsApp ok.ru