Bu gün “Beynəlxalq Hicab Günü”dür 01 Fevral 2018 02:00 Dünya -- Dünyanın müxtəlif ölkələrindən olan dövlət rəsmiləri, məşhurlar, tanınmış şəxslər.. ABŞ-ın müxtəlif şəhərlərində müsəlman tələbələr “1 fevral - Beynəlxalq Hicab Günü" münasibəti ilə müxtəlif tədbirlər keçirir. Maide.Az bildirir ki, Fevralın 1-i dünyada "Beynəlxalq Hicab Günü" kimi qeyd edilir. Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir. Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan yüzlərlə qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirib. Mississippi Universitetinin İslami Birliyinin sədri Smair Byuti ABŞ-da keçirilən Hicab günü proqramı ilə bağlı dyeib ki, Hicaba qarşı adətən aqressiya var biz istəyirik ki, “Hicab” gününü qeyd etməklə hicaba qarşı olan bu baxışı dəyişək. Tələbələrin İslami Birlikləri dünyanın müxtəlif ölkələrində bu günün proqramlarına qoşulacaq. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan dövlət rəsmiləri, məşhurlar, tanınmış şəxslər bu aksiyaya dəstək veriblər. Onlar “Mən hicab gününü dəstəkləyirəm” posterini əlində tutaraq foto çəkdirib və bunu sosial şəbəkələrdə paylaşıblar. Bu posterlə yüzlərlə insan fotolarını paylaşaraq aksiya öz münasibətini ifadə edib. Teqlər : # Bu gün Beynəlxalq Hicab Günüdür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Boliviyada leysan, daşqın Qazaxıstanda məscidlər xaricində nikahlara qadağa qoyulur
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO