Bu günə kimi ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb

Bu günə kimi ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb

-- proses aprelin 30-dək davam edəcək

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu martın 29-da başlayıb. Bu proses aprelin 30-dək davam edəcək.
 
Bəs indiyə kimi nə qədər abituriyent Sənəd Qəbulu Komissiyasına ərizəsi təqdim edib? Modern.az saytı Dövlət İmtahan Mərkəzinə istinadən qruplar üzrə sənəd verənlərin statistikasını təqdim edir.
 
Yaz imtahanına sənəd verənlərin sayı bu qədərdir.
 
Azərbaycan bölməsi üzrə
 
I - 17157
 
II - 10696
 
III - 12256
 
IV - 3308
 
 
 
Rus bölməsi üzrə
 
 
 
I - 2052
 
II - 1524
 
III - 1321
 
IV - 540
 
 
Bunların cəmi
 
I - 19209
 
II - 12220
 
III - 13577
 
IV - 3848
 
 
 
Yay imtahanlarına sənəd verənlərin sayı bu qədərdir.
 
Azərbaycan bölməsi üzrə
 
I - 243
 
II - 76
 
III - 170
 
IV - 92
 
 
Rus bölməsi üzrə
 
I - 18
 
II - 31
 
III - 26
 
IV - 5
 
 
Bunların cəmi
I - 261
 
II - 107
 
III - 196
 
IV - 97
 
 
V qrup və tam orta ixtisas təhsili üzrə qeydiyyatdan keçənlərin sayı 57267 nəfərdir.
 
Aprelin 22-də keçiriləcək imtahanda iştirak edəcək (aprelin 10-u saat 23:59-dək ərizələrini təsdiq edən) abituriyentlərin sayı 5650 nəfərdir.
 
İyunun 10-da keçiriləcək imtahanda iştirak edəcək (aprelin 10-dan sonra ərzilərini təsdiq edən və ya ümumi orta təhsil səviyyəsi üzrə də rus bölməsinə ərizə verib aprelin 22-də bu səviyyə üzrə keçirilən Azərbaycan dili fənni imtahanında iştirak edəcək) abituriyentlərin sayı 211 nəfərdir.
 
2017-ci ildə “Azərbaycan dili” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 341 nəfərdir.
 

Google+ WhatsApp ok.ru