Bu gün əl-Əqsa məscidinin yəhudilər tərəfindən yandırılmasının ildönümü günüdür - FOTO 21 Avqust 2020 09:05 Fələstin 21 avqust İslam ölkələrində Beynəlxalq məscid günü kimi qeyd edilir. Maide.Az xəbər verir ki, Beynəlxalq məscid gününün 21 avqusta təsadüf etməsi, 51 il öncə Fələstində əl-Əqsa məscidinin radikal yəhudilər tərəfindən yandırılması ilə bağlıdır. Qeyd edək ki, Qüdsün şərq hissəsinin işğalından iki il sonra, yəni 1969-cu ilin Avqust ayının 21-də müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidi avstraliyalı yəhudi Denis Maykl Ruhan tərəfindən od vurularaq yandırılıb. Bu hadisədən 51 il keçməsinə baxmayaraq o yanğının od-alovu hələ də müsəlman ümmətinin, xüsusilə də fələstinlilərin ürəklərində ləkə olaraq qalıb. Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ildə od vurularaq yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi. Tarixi sənədlərə görə, yanğının təsiri böyük olduğundan həmin gün Əqsa məscidinin şərq hissəsindəki mədrəsə də yanıb. Orada olan bütün tarixi əşyalar və Quran nüsxələri külə döndü. Məscidin binası ağır zərbə aldığından təmiri uzun illər vaxt apardı. Bildirək ki, həmin tarixdə Əl-Əqsa məscidininin radikal sionistlər tərəfindən yandırılması dünyada əks səda salıb və məhz bu hadisədən sonra islam ölkələri “İslam Konfransı Təşkilatı”nın yaradılması zəminində ittifaqa giriblər və bu təşkilat 1971-ci ildə ərsəyə gəlib. Teqlər : #gün,#əlƏqsa,#məscidinin,#yəhudilər,#tərəfindən,#yandırılmasının,#ildönümü,#günüdür,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru HƏMAS: Raketə raketlə, atəşə atəşlə cavab verəcəyik İşğalçı İsrail rejimi Qəzza zolağına zərbələr endirməyə davam edir
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar