Bu gün `Avro-2016` başlayır

Bu gün Fransada futbol üzrə Avropa çempionatında final mərhələsinin oyunlarına start veriləcək.
 
Maide.Az-ın məlumatına görə, turnirin açılış oyununda meydan sahibi Fransa millisi Rumıniya ilə üz-üzə gələcək.
 
"Stad de France" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Viktor Kaşşainin başçılıq edəcəyi macarıstanlı hakimlər briqadası idarə edəcək. 
 
Oyundan əvvəl yarışın təntənəli açılış mərasimi olacaq.
 
Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 24 komanda iştirak edəcək. Altı qrupun qalibləri və ikinciləri ilə yanaşı, ən yaxşı 4 qrup üçüncüləri də 1/8 finalda oynamaq hüququ qazanacaq.
 
10 iyun
 
Avropa çempionatının final mərhələsi
 
A qrupu
 
23:00. Fransa - Rumıniya
 
Hakimlər: Viktor Kaşşai, Dyord Rinq, Ventsel Tot, Byorn Kuypers (hamısı Macarıstan)
 
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
 
Sen-Deni. "Stad de France"
 
qol.az

Google+ WhatsApp ok.ru