Bu gün Azərbaycan Ordusunun şəhid olmuş hərbçilərinin ailələrinə medallar təqdim olunacaq

Bu gün Azərbaycan Ordusunun Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif olunmuş şəhid hərbçilərinin ailələrinə mükafatların təntənəli şəkildə təqdim olunması mərasimləri keçiriləcək.

Müdafiə Nazirliyindəki mənbələrdən  bildiriblər ki, bu gün respublikasının bir sıra şəhər və rayonlarında döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş və ölümündən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif olunmuş şəxslərin bir qisminin ailələri ilə görüşlər keçiriləcək. Mərasimlərdə təltif olunmuş şəhid hərbçilərin medalları təntənəli şəkildə onların ailələrinə təqdim ediləcək.

Aşağıda adları göstərilən hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər:
1. Gizir Almazov İsə Ziyad oğlu
2. Gizir Əliyev Pərvin Səlahəddin oğlu
3. Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu
4. Kiçik gizir Əhmədov Elçin Rasim oğlu
5. MAHHXQ əsgər Quliyev Sənan Qeyrət oğlu
6. MAHHXQ əsgər Əhmədov Qaryağdı Eldar oğlu
7. Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu
8. Əsgər Rəhimov Əli Fətulla oğlu
9. Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu
10. Əsgər Abdulov Hüseyn Etibar oğlu
11. Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu
12. Əsgər Poladov Vüqar Hidayət oğlu

Mükafatların təqdim edilməsi mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, yerli icra orqanlarının məsul şəxsləri edəcəklər.

Qeyd edək ki, rəsmi məlumatlara görə, iyulun 30-dan 31-nə keçən gecədən etibarən bu günədək Ermənistan Silahlı Qüvvələri ilə baş verən döyüşlərdə Azərbaycan Ordusunun 14 hərbi qulluqçusu şəhid olub. Trend /

Google+ WhatsApp ok.ru