Bu gün Bakının bəzi rayonlarında su olmayacaq

Bu gün Bakının bəzi hissələrində su olmayacaq.
 
“Azərsu” ASC-dən Maide.az-a verilən məlumata görə, bu gün Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə əlaqədar gün ərzində 3-cü Alatava yaşayış massivinin, A.Salamzadə, C.Məmmədquluzadə küçələrinin bir hissəsinə və hərbi şəhərcik ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Google+ WhatsApp ok.ru