Bu gündən kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır 09 Avqust 2017 01:00 Elm, Təhsil Bu gündən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər avqustun 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək. / Teqlər : #Bu gündən kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı? Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb