Bu gündən daha bir avtobusda ödəniş kartla olacaq

Bu gündən daha bir avtobusda ödəniş kartla olacaq

Bu gündən 204 nömrəli marşrut xətti (“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi – Ramana qəsəbəsi (Sovxoz adlanan ərazi)) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
 
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonu, Sabunçu və Ramana qəsəbələri üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
 

Google+ WhatsApp ok.ru