Ukraynada dörd ölkənin iştirakı ilə irimiqyaslı hərbi təlim keçiriləcək

Ukraynada dörd ölkənin iştirakı ilə irimiqyaslı hərbi təlim keçiriləcək

Ukrayna, ABŞ, Polşa və Litva iyulun ikinci yarısında birgə hərbi təlim keçirəcək.
 
APA-nın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilir ki, Ukraynanın Lvov vilayətinin Yavorovsk poliqonunda iyulun 17-dən 30-dək keçiriləcək təlim “Üç qılınc-2021” adlanır.
 
Təlimdə 1200-dən artıq hərbçi, 200-dən çox döyüş maşını iştirak edəcək.
 
Məlumatda qeyd olunur ki, bu manevrlər ölkədə ilk dəfə keçirilir, Litva, Polşa və Ukrayna arasında beynəlxalq hərbi əməkdaşlığa dair tərəfdaşlıq proqramının davamıdır.
 
Təlimin məqsədi hərbçilərin Şərqi və Mərkəzi Avropanın təhlükəsizliyinin təmin olunması üçün müdafiə sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
 
Baş Qərargah hesab edir ki, təlimlər Ukrayna Silahlı Qüvvələrində islahatlara təkan verəcək və NATO ilə qarşılıqlı fəaliyyəti yaxşılaşdıracaq.
 
Qeyd edək ki, ötən həftə Ukrayna və ABŞ 30 ölkənin iştirakı ilə Qara dənizdə də təlimlərə başlayıb.
 

Google+ WhatsApp ok.ru