Bu gün Çempionlar Liqasında 1/4 final həyəcanı olacaq-VİDEO

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start veriləcək.
 
Maide.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
 
İspaniya derbisində "Barselona" öz meydanında "Atletiko"nu (Madrid) qəbul edəcək. Digər görüşdə isə "Bavariya" evdə "Benfika"nı sınağa çəkəcək. Hər iki matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu sabah axşam keçiriləcək.
 
5 aprel
 
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları
 
22:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)
 
22:45. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)
 
 
6 aprel
 
22:45. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
 
22:45. "Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya) //

 

Google+ WhatsApp ok.ru