Bu gün fələstinlilərin `Böyük Qayıdış yürüşü`nün ildönümüdür

Bu gün fələstinlilərin `Böyük Qayıdış yürüşü`nün ildönümüdür

 
Fələstinlilər  ötən ilin mart ayının 30-dan bəri hər cümə fələstinlilər  Qəzza zolağında «Böyük Qayıdış Yürüşü» keçirirlər. 
 
Maide.Az xəbər verir ki, dinc sakinlərin keçirdikləri aksiyaya qarşı sionist İsrail rejimi hərbçiləri gözyaşardıcı bomba, rezin güllələrlə yanaşı həqiqi silah da istifadə edirlər. 
 
Rəsmi məlumatlara görə, indiyə qədər 250 nəfər şəhid olub. Onların arasında jurnalist, qadın, uşaq, əlil və başqa dinc sakinlər var.
 
Bundan başqa 25 min sakin xəsarət alıb. Onlardan 460-ı xəstəxanalarda yatır və vəziyyətləri ağır qiymətləndirilir.
 
Qeyd edək ki, Qəzza xalqı və Fələstinin işğal olunmuş ərazisində bu gün genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi  nəzərdə tutulub. 
 
Ötən ay  BMT İsrail qüvvələrinin  Fələstinli etirazçılara qarşı cinayətlərini pisləyib və  sionist rejimi “hərbi cinayət”kar adlandırıb. 
 
BMT-nin hesabatında bildirilir ki,  işğalçı rejim əskərləri  qəsdən dinc sakinləri güllə ilə vurur, öldürür və yaralayır.   Onların arasında jurnalist, qadın, uşaq, əlil və başqa dinc sakinlər var.
 

Google+ WhatsApp ok.ru