Bu gün ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin ölümündən 5 il ötür - FOTO

Bu gün ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin ölümündən 5 il ötür - FOTO

O, 2012-ci il iyulun 12-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişmişdi.
 
AİP-in sədr müavini olmuş Hacı Vaqif Abdullayevin vəfatının ildönümü ölkə ruhaniləri, inanclı kəsimi, dostları və ailə üzvləri tərəfindən qeyd edilib. Azərbaycan İslam Partiyasının rəhbərliyi və funksionerləri də bu münasibətlə hicab şəhidinin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.
 
Xatırladaq ki, Azərbaycan İslam Partiyası Təşkilat Şöbəsinin sabiq sədri Hacı Vaqifin ölümündən 5 il ötür. Saxta ittihamlarla mühakimə olunaraq on bir il həbs cəzası alan mücahid islamçı 2012-ci ilin bu günündə həbsxana divarları arasında ailəsindən, yaxınlarından xəbərsiz məzlumcasına bu dünyaya əlvida dedi. İslam yolunda var qüvvəsini sərf edən, əqidəsinə daim sadiq qalan Hacı Vaqif bu yolda da şəhid oldu. İslamçı qardaşın xatirəsi həmişə yaddaşlarda qalacaq, ruhuna dualar oxunacaqdır. Əqidə dostları Hacı Vaqifi hər il yad etmək vəzifəsini özlərinə mənəvi borc hesab edirlər.
 
AİP rəhbərliyi vəfatının ildönümü münasibətilə Hacının ailəsinə, əzizlərinə və yaxınlarına bütün Əhli-Beyt(ə) aşiqlərinə bir daha baş sağlığı verir, Allah-Təaladan hər kəsə səbr diləyir.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru