Bu gün ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin ölümündən 6 il ötür

Bu gün ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin ölümündən 6 il ötür

AİP sədrinin müavini Vaqif Abdullayevin həbsxanada vəfatından 6 il keçdi. O, 2012-ci ilin iyul ayının 12-də  Pentensiar Xidmətinin Müalicə müəssisəsində dünyasını dəyişib.
 
Vəfatından bir gün öncə ailəsi onunla görüşmək istəsə də, buna şərait yaradılmamışdı. Səhhətində olan problemlərə görə vəkili bir neçə dəfə əlaqədar orqanlara onun ev dustaqlığına buraxılması üçün müraciət etmişdi, amma müraciətlər cavabsız qalmışdı.
 
Xatırladaq ki,saxta ittihamlarla mühakimə olunaraq on bir il həbs cəzası alan mücahid islamçı 2012-ci ilin bu günündə həbsxana divarları arasında ailəsindən, yaxınlarından xəbərsiz məzlumcasına bu dünyaya əlvida dedi. İslam yolunda var qüvvəsini sərf edən, əqidəsinə daim sadiq qalan Hacı Vaqif bu yolda da şəhid oldu. İslamçı qardaşın xatirəsi həmişə yaddaşlarda qalacaq, ruhuna dualar oxunacaqdır. Əqidə dostları Hacı Vaqifi hər il yad etmək vəzifəsini özlərinə mənəvi borc hesab edirlər.
 
 
 

Google+ WhatsApp ok.ru