Bugünkü hərracda hamıya valyuta çatmayıb

Mərkəzi Bankın bugünkü valyuta hərracında satış üçün 30 mln. dollar ayrılıb. Lakin hərrac iştirakçısı olan 14 bankın tələbatı 66,760 mln. dollar təşkil edib. Bu səbəbdən dollar alışı üzrə müraciətlərin 44,9%-ni təmin etmək mümkün olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
 
AMB-nin əvvəlki hərraclarında satışa 200 mln. dollar çıxarılıb ki, bunun da təxminən yarısını kommersiya bankları alıblar.
 
AMB-nin xarici valyutanın satışını qəflətən azaltmasının səbəbləri açıqlanmır.

Google+ WhatsApp ok.ru