Bu gün ölkənin əksər hissəsində qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, bu gün saat 12:00-dək Bərdə rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Sabunçu və Yasamal rayonlarının bir hissəsinə, saat 12:00-dan 17:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Nəsimi rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Ağdam rayonunun bir hissəsinə, saat 18:00-dək Şabran rayonuna, Abşeron, Ucar, Qazax, Ağstafa, Astara, Xızı, Göyçay və Samux rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 
Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır. 

Google+ WhatsApp ok.ru