Bu gün ölkə ərazisində hava isinəcək 07 Aprel 2018 01:00 Ölkə -- 21 dərəcəyə qədər Bu gün ölkə ərazisində hava mülayim-isti proqnozlaşdırlıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Hazırda bəzi yerlərdə zəif duman və cənub küləyi müşahidə edilir. Gündüz saatlarında havanın temperaturunun Abşeron yarımadasında 13-18, Bakıda 15-17 dərəcəyə qədər isinəcəyi gözlənilir. Azərbaycanın rayonlarında isə havanın temperaturunun gündüz saatlarında hətta 21, dağlarda 13 dərəcəyə qədər isinəcəyi gözlənilir. Teqlər : #Bu gün ölkə ərazisində hava isinəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu zolaqlara girib düz gedən sürücülər “yandı” Bakıda subasma sahələri aktivləşib - NAZİRLİK