Bu gün İmam Xomeyninin (rə) vəfatının 32-ci ildönümü günüdür

Bu gün İmam Xomeyninin (rə) vəfatının 32-ci ildönümü günüdür

4 iyun, İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının ildönümü gününə təsadüf edir. 
 
Maide.Az xəbər verir ki, İslam İnqilabının dahi memarı Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibətilə  sabah Tehran və İranın bir çox şəhərlərində mərasimlər təşkil olunacaq. 
 
Tehranda İmam Xomeyninin (rə) vəfatının ildönümü münasibətilə  Ali Rəhbər Ayətullah Xamenei televiziyada canlı çıxış edəcək.  
 
İslam İnqilabının dahi memarı Ruhullah Musəvi Xomeyni (r.ə) 87 yaşında vəfat edib. 32 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb isə dəfn mərasimində fantastik sayda insanın iştirak etməsi olub.
 
Qeyd edək ki, 1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.
 
İmam Xomeyni (r.ə) şahlıq rejiminə və ABŞ-ın İranın daxili işlərinə müdaxiləsinə qarşı mübarizələrinə 1342-ci hicri şəmsi ilində başladı və şah tərəfindən öncə Türkiyəyə, daha sonra isə İraqa sürgün edildi.
 
İmam Xomeyni (r.ə) İraqda sürgündə olduğu 13 il ərzində şahlıq rejiminin pozğun mahiyyətinin ifşa edilməsi üzrə bir çox səylər həyata keçirtdi və ABŞ-ın İranla bağlı qanunsuz istəklərini ifşa etdi.
 
İmam daha sonra Fransaya mühacirət edir və öz mübarizələrinə Fransada davam edir. Bu mübarizələr 1357-ci ildə qələbə ilə nəticələnir.
 
İslam İnqilabının qələbə çalmasından sonra super güclərin destruktiv hərəkətlərinə, habelə daxili və xarici düşmənlərin fitnələrinə, o cümlədən Səddam rejimi tərəfindən İrana qəbul etdirilən müharibəyə rəğmən, İmam (r.ə) İran xalqına bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün məharətlə və müdrikliklə rəhbərlik etdi.
 
 

Google+ WhatsApp ok.ru