Bu gün Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşəcəklər

Bu gün Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşəcəklər

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşəcəklər.
 
Maide.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında martın 29-da keçiriləcək görüşü şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
 
“Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşü çərçivəsində bütün məsələlər, o cümlədən, yəqin ki, sözügedən məsələ də müzakirə olunacaq”, - deyən Rusiya rəsmisi görüş zamanı regiondakı vəziyyətin təhlil olunacağını dilə gətirib. /Report /
 

Google+ WhatsApp ok.ru