Bu gün Nicat Əliyev və dindarların məhkəməsi keçiriləcək 27 İyun 2014 01:00 Hüquq Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev və dindarların məhkəməsi olacaq. Bu gün (27 iyun) saat 10:30-da Bakı Apellyasiya Məhkəməsində Azadxeber.net saytının baş redaktoru Nicat Əliyevin və onunla birlikdə həbs olunan dindarların apellyasiya şikayətinə baxılacaq. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin barələrində çıxarılan hökmdən apellyasiya şikayəti veriblər. Qeyd edək ki, Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev 10 il, Nəsirov Elvin və Ceyhun Səfərli 9 il, Valeh Abdullayev 8 il, Camalov Qorxmaz və Hüseynov Elimxan 7 il, Hüseynov Samir 6 il, Əliyev Əli 4 il, Tofiqli Emin və Məmmədov Səfər isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Teqlər : #Bu gün Nicat Əliyev və dindarların məhkəməsi keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rauf Mirqədirov Zakir Qaralova müraciət etdi Avropa Şurası siyasi məhbuslarla bağlı işçi qrup yaradılmasını dəstəkləyir