Quranda islami təfəkkür tezisi kitabı -13-cü məclis (AUDİO)

Quranda islami təfəkkür tezisi kitabı -13-cü məclis (AUDİO)

TÖVHİDİN PSİXOLOJİ TƏSİRLƏRİ

 

Çərşənbə axşamı – 1974-10-01

Ramazan ayının 14-ü.

بسم الله الرحمن الرحيم

الَّذِينَ اسْتَجَابُواْ لِلّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَآ أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُواْ مِنْهُمْ وَاتَّقَواْ أَجْرٌ عَظِيمٌ. الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ

Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb təqvalı olanlarını böyük bir mükafat gözləyir!O kəslər ki, insanlar onlara: “Camaat sizə qarşı əlbir olmuşdur (və sizi aradan götümək istəyir), onlardan qorxun!” – deyirldikdə, (bu söz) onların imanını daha da artırdı və dedilər: “Allah bizə yetər. O, nə gözəl himayəçidir!”

“Ali-İmran” surəsi, ayə 172-173.

 

Tövhid prinsipinin cəmiyyətə qoyduğu təsirlər və cəmiyyətin formalaşmasındakı rolu ilə bağlı bır sıra mətləblər irəli sürülmüşdür. Bu zəmində digər mətləblər də var ki, müxtəlif səbəblərə görə onlara toxunmaqdan vaz keçirik. Misal üçün, tövhid qətnaməsinin ən mühüm maddələrindən biri cəmiyyətin maliyyə işlərində tövhid prinsipinin təsiridir. Bununla bağlı çoxlu söhbətlər açılmışdır və Quranın وَآتُوهُم مِّن مَّالِ اللَّهِ الَّذِي آتَاكُمْ(Allahın sizə verdiyi maldan möhtaclara verin.)[1] – ayəsində dünya malı ilə bağlı tövhid əqidəsi açıq-aşkar bəyan edilməsinə baxmayaraq, onun Quran ayələrində araşdırılıb əldə edilməsi diqqət və incəlik tələb etdiyindən, ümumi məclislərin yeri deyil. Lakin maliyyə işlərində tövhid əqidəsinin təsirini uyğun ayələr toplusundan əldə etmək üçün dəqiq və dərin elmi yığıncaqların təşkilinə ehtiyac var. Elə buna görə də, bu mövzunu bir vərəqdə yerləşdirib sizə təqdim etməyin və bir saat ərzində onun haqqında danışmağın çətinliyini nəzərə alıb ondan daşındıq.

Başqa bir səbəb isə İslamın etiqadi və ideoloji prinsipləri ilə bağlı daha zəruri bəhslərin araşdırılmasıdır. Hələ əlavə bəhslərimiz olacaq və əgər ömrümüz vəfa etsə, Ramazan ayının sonuna qədər bu bəhsləri yekunlaşdırmalı, onu heç olmasa, müəyyən bir yerə çatdırmalıyıq. Odur ki, nəzərdə tutmadığımız mövzular haqqında danışmağa vaxt çatmayacaq. Aydındır ki, bu tərtiblə irəliləsək və bütün məsələ və bölmələri araşdırsaq, nəzərdə tutduğumuz mətləblərə toxunmağa vaxt çatdıra bilməyəcəyik. Bu da ikinci səbəb!

Bugünkü bəhsimiz tövhid haqqında olsa da iman, onun təsirləri və möminlərə verilən müjdələrdən ibarət ilkin məclislərimizlə mütənasibdir. Həmin bəhslərdə qeyd etdik ki, iman əməl və öhdəliklərə səbəb olan qəlbi bir halət olmaqla bərabər, agahlığa əsaslanmalı, kor-koranə olmamalı, saleh əməllərlə zənginləşməlidir. Keçmiş bəhslərimizdə bu məsələlərə toxunduq. Tövhidə etiqad da, həqiqətdə imandır, ayıq tövhid əhli üçün agahlığa əsaslanan imandır; elə bir imandır ki, əməl və öhdəliklərə səbəb olur. Tövhid etiqadının tövhid əhlinin öhdəsinə qoyduğu öhdəliklər dini-islami etiqadlar içərisində ən böyük, ən ağır və ən təsirli öhdəliklər hesab edilir. Həqiqətdə, tövhid əhlinin öhdəsindəki məsuliyyətlər qurucudur; tövhid dünyasının quruculuğuna səbəb olur. Tövhid əhlinin öhdəlikləri şirkin bütün təsirlərini aradan qaldırmaqdır.

Bu önəmli mətləbi də Ərəb dili ilə azacıq tanış olan dostların və qardaşların diqqətinə çatdırmaq istəyirəm: Tövhid sözü “təf`il” modelinin məsdər formasıdır və onun lüğəvi mənasını hər bir (dini) tələbədən soruşsanız, “vəhdət” sözündən götürülmüş və “bir etmək”, ”eyniləşdirmək”, ”eynişəkilli etmək”, ”hər şeyi bir nöqtədə birləşdirmək” mənasında olduğunu deyəcək. Bir etmək, eyniləşdirmək və bir nöqtədə birləşdirmək nə deməkdir? Müxtəlif tanrıları bir tanrıda birləşdirmək, qeyri-tövhidi cəmiyyəti tövhidə etiqadlı etmək, müşrikin beyni və qəlbini müvəhhid (tövhidə etiqadlı şəxsin) beyni və qəlbinə çevirmək deməkdir. Tövhid öhdəliklər gətirir, əməl istəyir, ümumiyyətlə, tövhidin tələbi budur. İnsanın tövhid mövzusu ilə bağlı bu məqama diqqət yetirməsi onda xüsusi düşüncə aydınlığına səbəb olacaqdır.

Bir sözlə, tövhidə etiqad iman, ağır məsuliyyət, qətiyyət və müəyyənlikdir; belə ki, digər islami və ictimai əqidələrin hər birinə baxsanız, öhdəlikləri bu qədər ağır və əzəmətli deyil. Misal üçün, cəmiyyətdən yoxsulluğun aradan qaldırılması, yaxud cəmiyyətdə sərvətin ədalətlə bölgüsü və yaxud döyüşə son qoymaq (sülhün bərqərarı) bir öhdəlikdir. Bu öhdəliklərin icrasını hansı bir məktəb öz öhdəsinə götürə bilər və hansı bir cəmiyyət həmin məktəbi qəbul edib uyğun öhdəlikləri özünə yönəldə bilər? İslamda nəzərdə tutulan mənadakı “tövhid””uydurma” və ”süstlük” mənasında deyil, əksinə bir həqiqətdir. Əgər tövhidi tək olan Allaha inanmaq, ilahi hökumət, ilahi cəmiyyət və ilahi sistemin təşkili mənasında götürsək, bizim qeyd etdiyimiz və hansısa bir məktəbin öz üzərinə götürdüyü bütün öhdəliklərə şamil olacaqdır. Görün, tövhidin öhdəlikləri nə qədər ağırdır!

Demək, tövhid agahlığa əsaslanan öhdəliklə yanaşı, öhdəliyi bütün dini və qeyri-dini etiqadi prinsiplərdən ağır, qəti və hərtərəfli olan bir imandır. Bu mənada tövhidə imanı (həqiqi iman) araşdırmalı, inanclı şəxsin psixologiyasında bu imanın və əmələ səbəb olan bu əqidənin təsiri ilə tanış olmalıyıq. Bu müstəqil bir mövzudur. Araşdırmaq lazımdır ki, tövhid və Allahın birliyinə inanan şəxsin bu etiqadı bəşər həyatının və təkvini aləmin müxtəlif sahələrində, onun öz ruhu və psixologiyasında təsiri nədir?

Bu bəhsin iki faydası var: Birincisi, bizim tövhidlə müəyyən qədər tanış olmağımız, onun ruhi-psixoloji təlimlərinin nədən ibarət olmasını anlamağımızdır. Əgər bir insanın tövhiddən aldığı nəticə süstlük və tənbəllikdirsə, onun yanıldığını, tövhidin təsirinin onun dediyi kimi olmadığını qeyd edəcək və öz qənaətimi bildirəcəyəm. Demək, ilk fayda tövhid prinsipi ilə tanış olmaqdır. İkinci fayda isə özümüzün tövhid əhli olub- olmadığmızı bilməyimizdir, qəlbimizdə tövhid mayası ilə tanış olmaq üçün özümüzü çək-çevir edəcəyik. Tövhid əhli olduğumuzu haradan anlayacağıq? Bu imanın ruhumuza və varlığımızın dərinliyinə nüfuz və təsir etdiyini necə biləcəyik? Tövhidin ruhi-psixolji təsiri ilə tanışlıq əldə etdikdə, bu dərmanın varlığa qəti təsirləri ilə bağlı məlumat topladıqda, ondan düzgün istifadə edib-etmədiyimi və indiyə qədər onunla bağlı doğru məlumata sahib olub-olmadığımı da anlayacağıq. Amma əgər onun təsirlərini özümüzdə hiss etmiriksə, deməli, bizə ötürülən məlumatlar və verilən dərmanlar yanlış imiş. Yoxsa, düzgün olsaydı, öz təsirlərini göstərərdi. Mən burada tövhidin ruhi-psixoloji təsirləri haqda söhbət etmək istəsəm, bəhsimiz uzun çəkəcək, odur ki, bu mövuzunu elə bu gün bitirmək istəyirəm və sabahdan, inaşallah, nübuvvət bəhsinə başlayacağıq.

Tövhidin ruhi-psixoloji təsiri bir neçə cümlədə yekunlaşır: Tövhid əhlinin (müvəhhid insan) ruhunun tövhiddən aldığı təsirlərdən biri budur: Onun baxış bucağı və nəzər nöqtəsi genişlənəcək. Tövhid əhli dardüşüncəlilikdən, kor-koranəlikdən və yaxını görməkdən uzaqdır. O, bu meydanda uduzdunuğu, yaxud bu cəbhədə gerilədiyini və ziyana uğradınığını demir və bu qədər yaxın gördüyünü düşünmür. O, yaxşı bilir ki, tövhid əqidəsinin əhatəsi bəşəriyyət ömrünün uzunluğu qədərdir; bir an, bir dəqiqə, on il, iyirmi il, əlli il, yüz il deyil. Başqa sözlə, tövhid əhlinin nəzər nöqtəsi maddi məsələlər və dəyərsiz ehtiyaclarla yekunlaşmır, maddi ehtiyaclarla yanaşı, onlar və yüzlərlə böyük və şərəfli ehrtiyacların olduğunu hiss edir, düşüncə və zehnini kiçik ehtiyacların təmininə həsr etmir. Amma zahiri ilahi və mənəvi, batini isə maddi meyarlarla əhatə olunan insanlar özlərini kiçik ehtiyaclar içində həbs edirlər. Tövhid əhli gələcəyi sonsuz və geniş görür. Ötən məclislərin birində qeyd etdiyim kimi, tövhid əhli dünyanın sona yetəcəyinə etiqadlı deyil, dünyanın sonunun axirətə birləşəcəyinə inanır. Axirətlə dünyanı bir yazının əvvəli və sonu kimi hesab edir. Onun nəzərində ölüm həyat yolunun divarı və bu yolun sonu deyil, əksinə geniş dünyaya doğru bir keçid və körpüdür. Budur tövhid əhlinin xüsusiyyətləri![2]

Tövhidə inanmayan şəxs nə qədər fədakar olsa da, dəyərli və humanist ideyalara maraq göstərsə də ölüm ayağında hər şey onun üçün sona yetir. Halbuki, tövhid əhli üçün ölüm daha geniş, daha maraqlı bir həyatın başlanğıcıdır. Bir materialist şəxs nə qədər fədakar olsa da, uzağı, özünü puç hesab etdiyi aləmə atmaqla razılaşacaq. Fədakar tövhid əhlindən isə pərvanə və şam tək özünü yandırmaqdan, öz şəxsi mənafeyini düşünməməkdən başqa bir şey gözlənilməz. Fədakar olmadığı təqdirdə də onun üçün materialist şəxsin puç hesab etdiyi aləmə düşmək daha asandır. Çünki oranı puç yox, yeni mühit, bu geniş insan diyarından daha da geniş bir diyar olaraq tanıyır.

Tövhidin tövhid əhlinə təsirlərindən biri də onda qorxunun kökünün qurumasıdır və bu, oldüqca mühüm məsələdir. Quranın bir neçə ayəsində – bugünkü məclisdə qardaşların diqqətinə çatdırlacaq bir-iki nümunədə möminlərə belə xitab olunur:

فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ

“Siz onlardan qorxmayın, Məndən qorxun![3]Başqalarından qorxmağın kökünü qəlblərinizdə qurudun, yalnız Allahdan qorxun. Allahdan qorxan insan heç kimdən qorxmaz. Tövhid əhli – Rəbbin qüdrətinə inanan şəxsin başqalarından qorxmaq hissi aradan qalxar. Düşünüb araşdırdıqda, çək-çevir etdikdə, dünya və axirəti şəxslərdən alan amilin qorxu olduğunu görürük. Yoxsulluq insanı infaqdan (Allah yolunda xərcləməkdən) saxlayır. Əzab-əziyyətlərə qatlaşmaqdan qorxan insan cinayət və faciələrə, zillət və xarlıqlara əl atır ki, bu dünyada iki gün rahat yaşasın. Axı, bu nə yaşayışdır? Hələ neçə gün həyat sürəcəyi bilinməyən, neçə il və hansı tarixə qədər yaşayacağı ilə bağlı rəsmi sənədi olmayan bu dəyərsiz həyatı əldən verməkdən qorxu hissi iləmi yaşamaq lazımdır? Belə etibarsız həyatı itirmək qorxusu insanın həyatlara son qoymasına, ictimai həyatı zəhərləməyə və yaxud məhv etməyə səbəb olur. Tamahkarlıq və bədbəxtliklərin kökü qorxudur. Siz tarixə baxsanız, görəcəksiniz ki, haqq tərəfdarları nə üçün azlıq təşkil etdilər. Onlar haqqı tanıdıqları halda, onun ardınca getmədilər, haqqı tanıyıb haqqa tabe olmayanlar böyük cinayətlərə əl atdılar. İnsan cinayətə əl atanların kimliyi haqda mütaliə edib araşdırma apardıqda, bütün bunların səbəblərinin qorxu olduğunu görür.

Bildiyiniz kimi, İslam cəmiyyəti əyriliyə, geriliyə və ətalətə döndükdən sonra, müsəlmanların həqiqi İslamı – Allahın onlara (ikinci nəslə)[4] təmənnasız bəxş etdiyi sovqatı qoruyub-saxlaya bilməməsinin səbəbinin nə olduğu məlumdur. Qorxudan başqa səbəb var idimi? Əmirəlmöminin Əlinin (ə) ətrafında olan, o Həzrətin təlimləri və kəlamlarından bəhrələnənlər içərisindən Müaviyəni tanımayan var idimi? Hicazda Əbu Süfyan oğlu Müaviyəni kim tanımırdı? Müaviyə oğlu Yezidi kim tanımırdı? Əbdülməlik Mərvanı kim tanımırdı? Əməvilər sülaləsini tanımayan, sınaqdan keçirməyən, onların pisliyi ilə bağlı tarixi həqiqətləri, Quran və Peyğəmbərin (s) buyruqlarını duymayan və anlamayan bir kəs var idimi? Hamı anlayır və tanıyırdı. Qorxudan başqa, hansısa bir səbəb var idimi? Onların təslim olmaları, həmkarlıq etmələri, muzdura çevrilmələri, şirindillik edib özlərini gözə söxmaları və artistlik etmələrinin səbəbi yalnız qorxu idi. Qorxu bütün təbəqəyə – aşağıdan tutmuş elit təbəqəyə, məşhur simalara və xalqın ümid bəslədiyi kəslərə qədər hakim kəsilmişdi.

Abdullah ibn Ömər[5] arsızlıq, zəiflik və haqsızlıq simvolu idi. Düzdür, Abdullah ibn Zübeyr də haqsız idi, amma onların hər ikisinin Əmirəlmöminin Əliyə (ə) qarşı müxalifətçiliklərini müqayisə etdikdə, Abdullah ibn Zübeyrin siması nisbətən məqbul görünür. Abdullah ibn Ömər elə bir şəxs idi ki, Osman öldürüldükdən sonra, tamamilə ehtiyata əsaslanıb Əmirəlmöminin Əliyə (ə) beyət etmədi. Onun öz şəxsi nəzərinə görə, bütün müsəlmanlar bu məsələdə yekdil olmadırlar. Əgər sənin şəxsi qərəzin və qəlbində xəstəlik yox idisə, bu cümləni Əmirəlmöminin Əlidən (ə) eşitməmişdinsə, onun məzmununu Peyğəmbəri-Əkrəmdən (s) eşidib Qurani-Kərimdə oxumamışdınmı?:

أَيُّهَا اَلنَّاسُ لاَ تَسْتَوْحِشُوا فِي طَرِيقِ اَلْهُدَى لِقِلَّةِ أَهْلِهِ

“Ey insanlar, hidayət yolunda onun tərəfdarlarının (hidayət yolunun yolçularının) azlığından qorxmayın.”[6]O, bilmirdi ki, Allah yolunda, hidayət yolunda yolçuların sayının çoxluğu və ya azlığı insanı haqq yoldan azdırmamalı, haqq qərarından yayındırmamalıdır? Odur ki, yolun doğru olub-olmadığını araşdırmalı, İslamın həyati əhəmiyyətli bu prinsipini diqqət mərkəzində saxlamalı, başqalarının müxalif sözlərinə fikir verməməli, əksəriyyətin nadanlıq və şəxsi qərəzliyindən təsirlənməməli idi. O, bu prinsipə sahib olmadığı və əməl etmədiyi üçün Əmirəlmöminin Əlidən (ə) üz çevirdi, ehtiyat etməsi səbəbilə o Həzrətə beyət etmədi.

Əmirəlmöminin Əlinin (ə) şəhadətindən neçə il sonraya qədər Müaviyə hakimiyyətdə qaldı. Həmin Abdullah ibn Ömər Müaviyəni yaxından tanıyırdı. Əgər əvvəllər tanımırdısa, sonradan gözəl tanımışdı. Ondan sonra Yezid hakimiyyətə gəldi. Onun İslam tarixinin ən xəcalətli üç illik hakimiyyət dönəmi sona yetdikdən sonra Əbdülməlik ibn Mərvanın atası Mərvan ibn Həkəm onun canişini oldu. O da az müddət hakimiyyətdə oldu. Ondan sonra Əbdülməlik ibn Mərvan hakimiyyətə gəldi. Bütün bu müddət ərzində Abdullah ibn Ömər – tarixi hadisələrin göbəyində ola-ola, heç nədən, İslam cəmiyyətinin keçmişi və başına gələnlərdən, o dövrün tanınmış simalarından məlumatsız qala bilməzdi. Əməvilər sülaləsini yaxşı tanıyırdı. Eyni zamanda, Əməvilər sülaləsinin məşhur qəddar cəlladı Həccac ibn Yusif Səqəfi Abdulah ibn Zübeyrin hakim olduğu Məkkəni fəth etmək üçün Əbdülməlik ibn Mərvan tərəfindən məmur olunmuşdu. Abdullah ibn Zübeyr müqavimət göstərdi, Əbdülməlik ibn Mərvanın Şamdan ezam olunmuş ordusu ilə şiddətlə döyüşdü. Necə olursa olsun, Məkkəni ələ keçirməli idilər. Hamıdan qəddar olan Həccac ibn Yusif Məkkə ətrafındakı dağların qülləsindən mancanaqla Allah evini daşlayıb bir qrup insanı, sonra da Abdullah ibn Zübeyri qətlə yetirdi və onun ölmüş cəsədini dar ağacından asdı.

Həccac ibn Yusif Məkkənin fəthi ilə bağlı xilafətin mərkəzinə – Şama məktub yazıb məlumat verərkən, camaat dəstə-dəstə gəlib ona beyət edirdi; sanki Həccac ibn Yusifi tanımır, onun dinsiz, şəxsiyyətsiz və ləyaqətsiz olduğunu bilmirdi. Hamı onun alçaq və rəzil biri olduğunu, həmçinin ən alçaq və rəzil bir şəxs tərəfindən ezam olunduğunu çox yaxşı bilirdi. Buna rəğmən, fateh və qüdrət sahibi olduğu üçün ona beyət etməyən qılınca tuş gələcəkdi, odur ki, camaat qorxudan dəstə-dətə gəlib Həccac ibn Yusifə beyət edirdi. Abdullah ibn Ömər də minlərlə insandan biri kimi şəhərin kənarında xeymə quran Həccacın xeyməsinə yaxınlaşıb dedi: “Həccaca deyin ki, Abdullah ibn Ömər gəlib.” Onu ehtiramla qarşılayacaqlarını, açıq və isti qucaqla qəbul edəcəklərini güman edirdi. Lakin unutmuşdu ki, etinasızlıq və görməməzlik qüdrətin təbiətidir. O, elə təsəvvür edirdi ki, haçansa Peyğəmbər (s) ailəsinə deyil, Müaviyəyə kömək etdiyi üçün ona təşəkkür edəcəklər. Unutmuşdu ki, onlar duzu yeyib duzqabını sındıranlardır.

Həccaca məlumat verdilər ki, Abdullah ibn Ömər gəlib. Həccac dedi ki, deyin, içəri daxil olsun. O, içəri daxil olduqda, Həccac yerindən tərpənmədi, ehtiram göstərmədi, ona baxıb salamlaşmaq üçün gözünü kağızdan belə çəkmədi. Dedi: “Ey əmir, əlini ver, beyət edim.” Bunu kim dedi? Abdullah ibn Ömər. Kimə dedi: Həccaca. Həmin Abdullah Ömər ki, Əli ibn Əbu Talibə “Əlini ver, beyət edim.” – ifadəsini dilinə gətirmədi. Dində ehtiyata əməl etdi. Həccaca isə deyir: “Ey əmir, əlini ver səninlə beyət edim.” Həccac da onun cavabında dedi: “Əlimlə yazı yazıram, ayağımla beyət et.” Ayağını uzatdı, o da onun ayağı ilə beyət etdi.

Bu dünyada iki gün artıq, özü də bu cür zəlilliklə yaşamaq, axirət üçün deyil, dünya üçün və bir neçə kiloqram haram qida yemək üçün, insanı Allahdan uzaqlaşdıran, şeytana isə yaxınlaşdıran bir həyat üçün heç Həccacın ayağı ilə beyətə dəyərmi? Görəsən, bunun mənşəyi nədir? Aydın məsələdir ki, qorxudan başqa bir şey deyil.

Odur ki, Əhli-beyt (ə) rəvayətlərində və Ramazan ayına məxsus dualarda insan ruhu ilə bağlı aydın mətləblər xüsusi vurğulanmış və diqqətdə saxlanılmışdır. Hamıya təkidlə tövsiyə edirəm ki, imamlardan nəql olunmuş mötəbər duaları oxuyun, onlara diqqət yetirin. İmam Səccadın (ə) dualarının birində belə deyilir:

اَللَّـهُم‌َّ عَمِّرْني‌

“İlahi!mənə ömür ver...[7]

Baxın, İmam Səccadın (ə) təlimləri bu qəbildən idi. Sizin üçün oxuyub tərcümə edəcəyim bu dua bir cümlədən ibarətdir. Əvvəla, bilmək lazımdır ki, dua oxumağa nə üçün bu qədər təkid olunmuşdur? Odur ki, raz-niyazla məşğul olanlar, dua etməyi sevənlər duanı yüngül saymasın, düşünmədən və anlamadan onun üzərindən ötüb keçməsinlər, diqqətlə oxusunlar. İkincisi, duaya qarşı çıxanlar da nəyə qarşı çıxdıqlarını bilsinlər. Duaya qarşı çıxmaq dedikdə, mütləq şəkildə duanı qəbul etməyənləri nəzərdə tuturam. Onlar bilsin və anlasınlar ki, dualar maarif və təlimlərlə zəngindir.

اَللَّـهُم‌َّ عَمِّرْني‌ مَا كَان‌َ عُمْري‌ بِذْلَة‌ً في‌ طـَاعَتِك‌َ

İlahi, ömrümü Sənə itaət yolunda sərf etdiyim vaxta qədər mənə ömür ver!

İlahi, mənə ömür və həyat ver, amma mütləq ömür və həyat istəmirəm, faydasız 100-120 ildən ibarət uzun ömür istəmirəm. Bir ömür istəyirəm ki, onu Sənə itaət və bəndəçilik yolunda sərf edim. Mənasız və faydasız ömür yox, Sənə bəndəçilik yolunda sərf olunan, işə yarıyan və əmələ səbəb olan uzun ömür istəyirəm:

اَللَّـهُم‌َّ عَمِّرْني‌ مَا كَان‌َ عُمْري‌ بِذْلَة‌ً في‌ طـَاعَتِك‌َ، فَاِذَاكَان‌َ عُمْري‌ مَرْتَعاً لِلشَّيْطـَان‌ِ فَاقْبِضْني‌ اِلَيْك‌َ

İlahi, ömrümü Sənə itaət yolunda sərf etdiyim vaxta qədər mənə ömür ver və ömrüm şeytan otlağına çevrildiyi zaman canımı al!

Şeytan; yaxşı diqqət yetirin, “şeytan” sözü üçün qeyd etdiyimiz mənanı xatırlayın. İnsanı və insanlığı xətaya, günaha və fəsada çəkən bütün şər qüvvələrə şeytan deyilir. Haçan ömrün şeytan otlağına çevrildisə, şeytanlar və Allaha müxalif qüvvələr səni alətə, istifadə və təbliğat vasitəsinə çevirdisə, sənin nadanlığın, məğrurluğun və təkəbbürlülüyün pislərin uğuruna, yaxşıların isə uğursuzluğuna səbəb oldusa, özünü əmələn şeytanın köləsi və otlağına çevrildiyini gördünsə, Allahdan istə ki, canını alsın, səni Öz dərgahına aparsın, belə bir ömrü istəmə. Bu, bir duadır.

Sizi Allaha and verirəm, bu sözün dərin mənasına diqqət yetirib onu ruhu və qəlbi ilə duyan insanın həyatda vəziyyəti necə olar? Bu, bir duadır. Hidayət imamlarımız (ə) bizə öyrədir ki, ölüm Allah düşmənlərinin uğuruna səbəb olacaq həyatdan çox yaxşıdır.

Axı, ölümdən niyə qorxursan? Abdullah ibn Ömər! Ey bədbəxt! Axı niyə? Eybi yox, qoy səni öldürsünlər! Həccac sənə nə edəcəkdi? Bir ömür ki, o rəzil beyətdən sonra on dəqiqə, yaxud on il yaşayacağını, özü də necə yaşayacağını bilmirsənsə, qoy, Həccac sənin həyatına son qoysun! Abdullah ibn Abbasın hansı fəlakətlə öldüyünü görmədinmi? – Həm Əlini (ə), həm Həsəni (ə), həm də Hüseyni bir yerdə tək-tənha qoyan Abdullah ibn Abbası! Sən, ey Abdullah ibn Ömər, nə olardı, onun taleyindən ibrət alardın!

Ürəyi qanla dolu olan Abdullah ibn Abbas çox yaşamadı. Bir gün oğlu Əli ibn Abdullah ibn Abbası öz yanında oturtmuş və onunla dərdləşirdi. Bir dana kəsmişdilər, ürəyi xəstə idi, parça-parça olmuşdu. Onu oğluna göstərib dedi: “Bax, atanın ürəyi kəsdiyimiz bu dananın ürəyindən də yaralıdır. Sənin atan bu həyatdan təngə gəlib.” Nə olmuşdu ki? Məkkə şəhəri Əmirəlmöminin Əlinin (ə) qəzəbindən və ona həvalə etdiyi məsuliyyət müqabilində onun sığınacaq və asayış yerinə çevrilmişdi – həmin Məkkə şəhəri Abdullah ibn Abbas üçün Cəhənnəmə dönmüşdü. Mən deyirəm ki, Abdullah ibn Abbasla Abdullah ibn Ömərin tövhid etiqadı düzgün deyildi. Əgər onlar müvəhhid olsaydılar, bu hala düşməzdilər:

موحد چه در پای ریزی زرش

چه شمشیر هندی نهی بر سرش

امید و هراسش نباشد ز کس

بر این است بنیاد توحید و بس

“Müvəhhid – istər zinət içində olsun, istərsə də, əli qılınclının qılıncı altında, heç kimdən qorxmaz və heç kimə ümid bəsləməz. Tövhidin təməli də elə bundan ibarətdir.”[8]

Bəli, düz demişdir. Tövhidin insan ruhuna ən mühüm ruhi-psixoloji təsiri insanın Allah yolunda, varlıq hədəfini aşılayan mükəlləfiyyəti uğrunda bu yolun düşmənlərindən qorxmamasıdır. Demirəm, insan əsla əsəbləşməsin, həyəcanlanmasın. Xeyr! Əksinə, daim qorxu içində yaşamasın, onu Allah yolunu ötüb keçməkdən saxlayan qorxuya qapanmasın. Bu qorxu fəzilətlərə manedir, namərdlərin inkişafına, cinayətlər və faciələrin yaranmasına zəmin yaradır. Odur ki qorxunu özündən uzaqlaşdırsın.

Hər halda, bizim bu gün Qurani-Kərimdən seçdiyimiz bölmə iki hissədən ibarətdir: Biri “Ali-İmran” surəsindəndir. Qeyd etdiyimiz kimi, öncə onu tilavət edək, sonra isə “Rə`d” surəsindən bir neçə ayə tilavət edəcəyik. (Əlində Quran olanlar Quranı açıb dediyimiz hissəni tapsınlar. Quranı olmayanlar da diqqətlə qulaq assınlar.)

(Nə qədər ki, unutmamışam, diqqətinizə çatdırım ki, bu gecə Ramazan ayının 15-ci gecəsi İmam Həsən Müctəbanın (ə) mövlud gecəsidir. Biz bu yarıtəmirli məsciddə mövlud mərasimi təşkil edəcəyik, keçən il mövlud mərasimini elə bu məsciddə keçirmişdik, bu il də saat 19-dan 21-ə, yaxud 21.30-a qədər elə bu məsciddə keçirəcəyik. Bir sözlə, bu məsciddə gənclərəməxsus bir tədbir nəzərdə tutmuşuq; öncə Quran tilavət olunacaq, sonra şeir deyiləcək və qısa söhbət olunacaq, məclisimiz olduqca səmimi olacaq. İmkanı olan hər kəs iştirak edə bilər. Dünən elan etməyi unutdum, indi də qorxdum ki, yadımdan çıxar, odur ki, diqqətinizə çatdırdım.)

Amma “Ali-İmran” surəsinin 172-ci ayəsi:

الَّذِينَ اسْتَجَابُواْ لِلّهِ وَالرَّسُولِ

Allaha və Peyğəmbərə cavab verən şəxslər.

Cavab vermək ifadəsində Allahın və Peyğəmbərin (s) dəvətini canla-başla qəbul etmək nəzərdə tutulur. Yalnız qəlbdə qəbul etmək və “bəli, sizin əmrinizi qəbul edirəm” demək kifayət etmir. Bu sözdən sonra Peyğəmbərin (s) arxasınca getmək də lazımdır. Hansı şəraitdə? Ən ağır şəraitdə! Peyğəmbərin (s) dəvətini qəbul edənlər ən ağır şəraitdə qəbul etmişdilər. O ağır şərait haçan idi? O zaman ki döyüş meydanında yaralanmışdılar:

مِن بَعْدِ مَآ أَصَابَهُمُ الْقَرْحُ

“Onlar yaralandıqdan sonra.”

لِلَّذِينَ أَحْسَنُواْ مِنْهُمْ وَاتَّقَواْ أَجْرٌ عَظِيمٌ

Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb təqvalı olanlarını böyük bir mükafat gözləyir!

Bu ayə “Ühüd” döyüşü haqqındadır. Bildiyiniz kimi, “Ühüd” döyüşündə bəziləri döyüşdən qaçdılar. Peyğəmbəri-Əkrəm (s) onları çağırsa da qorxularından o Həzrətin səsinə səs vermədilər. Bəziləri isə yaralı olduqları halda, o Həzrəti tək qoymadılar. Əmirəlmöminin Əli (ə) həmin gün yetmiş bir (az, ya çox) yerdən yaralanmışdı. Digər səhabələr də var idi ki, çox yerdən yaralanmışdır. Bəziləri Peyğəmbəri-Əkrəmin (s) səsinə səs verdi, bəziləri isə qulaq asmayıb qaçdılar. Bu ayə döyüş meydanından qaçmayıb o Həzrətin yanında qalanların mükafatını bəyan edir.

Bu ayənin ümumi yönlərinə (dərslərinə) diqqət yetirin, diqqətimizi yalnız “Ühüd” döyüşünə, İslamın ilkin çağlarında baş vermiş, bu ayənin nazil olmasına səbəb olmuş hadisələrə yönləndirməyək, Quran ideyalarını müəyyən bir zaman və hadisəyə həsr etməyək. Bizə önəmli olan ayənin ideyası və bizə aşılamaq istədiyi məqamdır.

Bu, Quranla bağlı mühüm bir mətləbdir və ola bilsin ki, bəzi münasibətlərdə bu məsələyə toxunmuşam. Bəzən bir hadisə ilə bağlı İslamın ümumi prinsipi bir cümlədə bəyan edilir. Bunu diqqətdən qaçırmayın. Misal üçün, Həzrət Nuhun (ə) əhvalatında o Həzrət gəmiyə minərkən əhli-əyalını, möminləri, tərəfdarlarını və cəbhə yoldaşlarını da mindirir, digərləri isə ilahi qəzəbə tuş gəlirlər, ölümcül su dalğaları içində qərq olurlar. Həzrət Nuha (ə) iman gətirməyən öz oğlu da gəmiyə minmədi. Bu, adi bir hekayədir, amma incə mətləblər və işarələrlə doludur.

Həzrət Nuh (ə) ağsaqqal, saçları ağappaq və yaşlı, sevimli oğlu isə gəncdir. Oğluna deyir ki, gəl, gəmiyə min, yoxsa qərq olacaqsan. O isə deyir ki, gəlmirəm, minmirəm, qərq də olmayacağam, çünki dağlara çıxacağam, sizə də ehtiyacım yoxdur. Bu söhbət əsnasında su dalğaları onların arasında ayrılıq salır, artıq, ata öz oğlunu görmür və oğlu suda boğulur. Hekayə bununla sona yetir. Həzrət Nuh (ə) bu hadisədə oğlunu əldən verdiyi üçün bir insan olaraq narahat olur və narahatlığını aləmlərin Rəbbinə açıqlayır və deyir: “İlahi, Sən mənə vəd etmişdin ki, mənim ailəmə nicat verəcəksən, oğlum da ailəmin bir üzvü idi, kaş, o da nicat tapaydı!” Aləmlərin Rəbbindən belə xitab gəldi:

إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ

O sənin ailəndən deyildir. Çünki o, nalayiq bir iş görmüşdür.[9]

Bu ayədə, bu əhvalatda, təkcə عَمَلٌ غَيْرُ صَالِحٍ (nalayiq bir iş) – ifadəsində istinad nöqtələri nə qədərdir! Yaxud لَيْسَ مِنْ أَهْلِكَ (o, sənin ailəndən deyildir) – ifadəsi bizə İslamın ümumi bir prinsipini aşılayır, buyurur ki, fərqli etiqadın daşıyıcısı olan iki qardaş bir-birinə yad, eyni etiqadın sahibi olan iki yad isə bir-birinə qardaşdır. Ata ilə oğul bir-birinə zidd etiqadın daşıyıcısıdırsa – biri mömin, digəri isə kafirdirsə, biri Allah cəbhəsində, digəri isə şeytanın cəbhəsindədirsə, onlar bir-birinə yaxın və bir ailədən ola bilməzlər. Nəsəbi (qan qohumluğu) və səbəbi (evlənmək vasitəsilə olan) qohumluq İslam baxımından ikincidərəcəli, ideoloji qohumluq (yaxınlıq) isə birincidərəcəlidir. Bu, islami bir prinsipdir.

İnsan rəvayətlərə də nəzər saldıqda, bu prinsipə aid bir çox şahidlər və arqumentlər əldə edir. Mən İmamdan (ə) nəql olunan belə bir rəvayətə rast gəlmişəm:

اَلْمُؤْمِنُ أَخُو اَلْمُؤْمِنِ لِأَبِيهِ وَ أُمِّهِ

“Mömin möminin atabir, anabir(doğma) qardaşıdır.”[10]

Ola bilsin ki, sizinlə doğma qardaşınızın arasındakı fasilə Şərqlə Qərb qədər olsun, lakin dünyanın o tayında yaşayan bir mömin sizin doğmanız, sizinlə həmfikir və eyni cəbhədə olan imandaşınızdır. Bu, islami bir prinsipdir. Quran məlumatları arasında bu incəliklərə diqqət yetirin, görün, hansı məqsədi izləyir, hansı prinsipi, hansı ideyanı və dəfələrlə təkrarlanan hansı tarixi həqiqəti aşılamaq istəyir.

İndi isə bu ayəyə diqqət yetirin:

الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ

“(Böyük mükafatlara layiq görülən) o kəslər ki, insanlar onlara: “Camaat sizə qarşı əlbir olmuşdur (və sizi aradan götümək istəyir), onlardan qorxun!” – dedilər.

Bunu xeyirxah insanlar öncəki ayədə onların mükafatından söz açılan möminlərə dedilər..  Xeyirxah insanların sözünün müqabilində onların cavabı nə oldu?

فَزَادَهُمْ إِيمَاناً

(Bu söz) onların imanını daha da artırdı.

Çox maraqlıdır, düşmən hiylələri müqabilində möminin imanı daha da artır. Birinci mərhələdə imanları artdı, sonra isə nə dedilər?

وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ

“Dedilər: “Allah bizə yetər. O nə gözəl himayəçidir!”O, o qədər gözəl vəkildir ki, insan öz işini Ona həvalə edə bilər.

حَسْبُنَا اللّهُ“Allah bizə yetər.Bu cümlənin mənası nədir? Bunun neçə mənası var və hamısı da doğrudur.

–Allah bizə yetər və bizə Öz yardımı ilə yardım edir.

–Allah bizə yetər və haqqa doğru hərəkət istiqamətimizdə təbiətin qüvvələrini səfərbər etmişdir və edir.

–Allah bizə yetər, hətta dünya bizdən üz çevirsə də Onun bizdən razı qalması bizə kifayət edər.

“Allah bizə yetər.– ifadəsi ilə bağlı bütün bu mənalar doğrudur.

فَاخْشَوْهُمْفَزَادَهُمْ إِيمَاناًوَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ

“Onlara: “Onlardan (düşmənlərdən) qorxun!” – deyildikdə, (bu söz) onların imanını daha da artırdı və dedilər: “Allah bizə yetər. O nə gözəl himayəçidir!”

فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ

Sonra da Allah tərəfindən olan nemət və lütf sayəsində özlərinə heç bir pislik toxunmadan geri döndülər.”

وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ

Allahın razılığını qazanmış oldular.

وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ

Həqiqətən, Allah böyük lütf sahibidir.

Əvvəla, bu insanlar Allahın nemətinə şamil oldular və onlara heç bir zərər toxunmadı, odur ki, xoşhal oldular, sevindilər. Onların sevinci necə oldu? Quran bu məsələyə toxunmur. Amma fərqi yoxdur, hər bir halda sevindilər; istər döyüş meydanında şəhid olsunlar, istərsə də qalib halda sağ-salamat öz evlərinə qayıtsınlar – hər iki halda sevinc içində idilər, əsla narahat olmadılar. Çünki döyüş meydanının yarası isti ailə qucağında, qələbə və zəfər sevinci içində ikən daha da tez sağalır. Əgər döyüş meydanında torpaq üstə düşüb şəhid olsalar da Allahın tükənməz nemətinə, sonsuz lütfünə, bütün ağrı-acılardan, pisliklərdən uzaq bir rahatlığa doğru döndülər.

Bu ayəni isə, heç vaxt unutmayın, yadınızda saxlayın, çox oxuyun, öyrənin:

إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ

“Həqiqətən, o Şeytan öz dostlarını qorxudub çəkindirir.

Öz dostlarını qorxudan və “Sənə hiylə qurublar, tələyə salmaq istəyirlər, düşmənlər əlbir olub, münafiqlərlə kafirlər birləşib, filan münafiq libasının altında qılınc gizlədib səni vurmaq, öldürmək istəyir və s.” deyən şeytandır. Səni Allah düşmənindən qorxudan şeytandır. Heç səni şeytan qorxuda bilərmi? Heç qorxarsanmı? Sənin kimliyindən asılıdır. O, öz dostlarını qorxuda bilir. Əgər sən də onun dostusansa, qorxacaqsan, əks-təqdirdə, qorxmayacaqsan. Baxın, bu ayə qısa və lakonik olmasına rəğmən, mənası dolğundur. (Vaxt keçdiyindən, tez-tez tərcümə etmək istəyirəm.)

إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ

“Həqiqətən, o Şeytan öz dostlarını qorxudub çəkindirir.

فَلاَ تَخَافُوهُمْ

Amma siz onlardan qorxmayın!

وَخَافُونِ

Məndən qorxun! Mənim əmrlərimi icra edin. Mənim əzabımdan qorxun.

 إِن كُنتُم مُّؤْمِنِينَ

Əgər siz möminsinizsə!

وَلاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ

“(Ey Peyğəmbər!) Küfrə can atanlar səni kədərləndirməsin!

 إِنَّهُمْ لَن يَضُرُّواْ اللّهَ شَيْئاً

Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər.

يُرِيدُ اللّهُ أَلاَّ يَجْعَلَ لَهُمْ حَظًّا فِي الآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Allah istəyir ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir.

Sonrakı ayələr, artıq, mövzumuza aid deyil. Allahdan qorxu və şeytan məsələsinə elə qeyd etdiyimiz bu neçə ayədə toxunulur.

Xülasə

Çərşənbə axşamı – Ramazan ayının 14-cü günü

TÖVHİDİN PSİXOLOJİ TƏSİRLƏRİ

Tövhid cəmiyyəti – ictimai təbəqələrsiz, Allaha və Onun qanunlarına müti cəmiyyət qurmaq tövhidin ən böyük missiyasıdır. Buna rəğmən, insanın ruhu və psixologiyasında bu etiqadın təsirləri dinin bu təməl prinsipinin maraqlı tərəfidir. Hətta demək olar ki, tövhid etiqadının quruculuğu iki istiqamətdədir: Fərdin və cəmiyyətin islahı. Tövhidə inanan insan bu etiqadın təsirində ikən bəzi mühüm xüsusiyyətlərə sahib olur: Sonsuz ümidvarlıq, yorulmaz çalışqanlıq, qorxu və tamahdan uzaqlıq, geniş nəzər sahibi və doğru istiqamət onun bir qismini təşkil edir. Bəzən, Qurani-Kərimdə iman məsələsi, eləcə də, tövhid əhlinin həyat və fəaliyyətindən söz açıldıqda, bu xüsusiyyətlərin çoxuna aydın şəkildə işarələr edilmişdir. İndi isə həmin xüsusiyyətlərdən birinə nəzər salaq:

الَّذِينَ اسْتَجَابُواْ لِلّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَآ أَصَابَهُمُ الْقَرْحُYaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən

 لِلَّذِينَ أَحْسَنُواْ مِنْهُمْ وَاتَّقَواْ أَجْرٌ عَظِيمٌ. yaxşı işlər görüb təqvalı olanlarını böyük bir mükafat gözləyir!

الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ  – O kəslər ki, insanlar onlara: “Camaat sizə qarşı əlbir olmuşdur (və sizi aradan götümək istəyir), onlardan qorxun!” – dedikdə,

فَزَادَهُمْ إِيمَاناً (bu söz) onların imanını daha da artırdı.

وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُVə dedilər: “Allah bizə yetər. O nə gözəl himayəçidir!”

فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ(Bu ruhiyyə və)Allah tərəfindən olan nemət və lütf sayəsində özlərinə heç bir pislik (nigarançılıq) toxunmadan geri döndülər.”

وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ“Və Allahın razılığını qazanmış oldular.

وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍHəqiqətən, Allah böyük lütf sahibidir.

إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ“Həqiqətən, o Şeytan öz dostlarını qorxudub çəkindirir.

فَلاَ تَخَافُوهُمْAmma siz onlardan qorxmayın (onların hədə-qorxularına etina etməyin)!

وَخَافُونِMəndən qorxun (Mənim əmrlərimə təslim olun)!

 إِن كُنتُم مُّؤْمِنِينَƏgər siz möminsinizsə!

“Ali-İmran” surəsi, ayə 172-175.



[1]. “Nur” surəsi, ayə 33.

[2]. “Ali-İmran” surəsi, ayə 175.

[3]. “Ali-İmran” surəsi, ayə 175

[4]. Birinci nəsil İslam üçün çoxlu fədakarlıq göstərmişdi.

[5]. İkinci xəlifənin oğlu Abdullah ibn Ömər azyaşlı olduğu üçün Peyğəmbərin (s) dövründə baş vermiş döyüşlərdə iştirak etməmişdi. Özünü zahidlər kimi göstərirdi. Əmirəlmöminin Əli (ə) ilə beyət etməyən saylı insanlardan biri idi. Həccac, Abdullah ibn Mərvan tərəfindən Zübeyr sülaləsini aradan qaldırmaq üçün Məkkəyə yollanıb oranı ixtiyarına keçirdikdə, zəlilcəsinə ona beyət etdi. Bir müddət sonra da, 73-cü h.q. ilində Həccacın əmri ilə qətlə yetirildi.

[6]. “Nəhcül-bəlağə”, Sübhi Saleh, xütbə 201.

[7]. “Səhifeyi-Səccadiyyə”, 20-ci dua, “Məkarimul-əxlaq” duası.

[8]. Sədi, “Gülüstün”.

[9]. “Hud” surəsi, ayə 46.

[10]. “Əl-kafi”, “İman və küfr” başlığı, “Möminlərin qardaşlığı” bölməsi, hədis 2.

 

Google+ WhatsApp ok.ru