Bu gün İranda milli matam elan olunub

Bu gün İranda milli matam elan olunub

Məsləhət Şurasının sədri Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin vəfatı münasibətilə İranda bir günlük milli matəm elan edilib.
 
Maide.Az “tasnimnews”ə istinadən xəbər verir ki, İranın Nazirlər Kabineti Siyasi Məsləhət Şurasının sədri Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin vəfatı ilə əlaqədar 26 dekabr tarixində ölkə daxilində milli matəm elan edildiyini açıqlayıb.
 
Qeyd edək ki, mərhum Ayətullah Şahrudinin dəfn mərasimi bu gün  baş tutacaq. Onun Qum şəhərində Həzrət Məsumənin (s) hərəmində dəfn olunacağıbildirilir.  Ayətullah Şahrudinin cənazə namazını Ali Rəhbər Ayətullah Xameneinin qılacağı  açıqlanıb. 
 
Xatırladaq ki, mərhum Ayətullah Şahrudinin cənazə namazı Tehrandakı İmam Xomeyni Musallasında ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin imamlığı ilə qılınacaq və daha sonra Qum şəhərindəki Həzrət Xanım Məsumənin (s.ə) müqəddəs ziyarətgahında torpağa veriləcək. 
 

Google+ WhatsApp ok.ru