Bu gün TV və radio işləməyəcək

Bu gün TV və radio işləməyəcək

Telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir. Maide.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
 
Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq.
 
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.
 
Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-i, üçüncüsü isə sentyabrın 3-də keçirilib.

Google+ WhatsApp ok.ru