Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək

“Real Madrid”lə “Mançester Yunayted” Makedoniyada üz-üzə gələcəklər

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.
 
Ötən mövsüm Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi “Real Madrid”lə Avropa Liqasında uğur qazanan İngiltərənin “Mançester Yunayted” komandası Makedoniyada üz-üzə gələcək.
 
Paytaxt Skopyedə baş tutacaq matçı italiyalı hakim Canluka Rokki idarə edəcək.
 
Qeyd edək ki, “Real Madrid” bunadək 3 dəfə (2002, 2014, 2016) UEFA Superkubokunu qazanıb, 2 dəfə (1998, 2000) isə həlledici qarşılaşmada uduzub. İkinci dəfə kubok muzeyinə aparmaq üçün meydana çıxacaq “Mançester Yunayted” isə buna 26 il əvvəl nail olub (1991, 1999, 2008). (report) /
 
UEFA Superkuboku
8 avqust
22:45. “Real Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati
Ehtiyat hakim: Rikkardo Di Fiore (hamısı İtaliya)
Dördüncü hakim: Klement Turpin (Fransa)
UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)
Makedoniya, Skopye. II Filip stadionu

Google+ WhatsApp ok.ru