Bu gün XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in şəhadət günüdür

Bu gün XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in şəhadət günüdür

Bu gün 21 fevral XX əsrin ən yadda qalan simalarından olan, Amerika müsəlmanlarının rəhbəri şəhid Malkolm X-in şəhadətə çatdığı gündür.
 
Maide.Az xəbər verir ki, Malkom İks 1965-ci il fevral ayının 21-də Harlem mədəniyyət mərkəzinin binasında mühazirə oxuduğu zaman muzdlu qatillər tərəfindən şəhid edilir. Qatillər Malkolmu 16 güllə atmaqla şəhid ediblər. 
 
Qeyd edək ki, Malkolm 1925-ci il may ayının 19-da anadan olub. O, afro-amerikan İslami düşüncəsinin ən nüfuzlu simalarından biri sayılır. Bu gün Amerikada fəaliyyət göstərən və milyon üzvü olan bir partiyanın – İslam Ümməti Partiyasının ilk qurucularındadır. Onu həcdən qayıtdıqdan sonra narahat edən məsələlərin başında, müsəlmanların dünyanın hər yerində, o cümlədən də Amerikada əzilməsi, hər addım başı təhqir olunması və ikinci sinif insan kimi görülməsi gəlirdi. Malkomu belə bir siyasi partiyanı qurmağa vadar edən səbəblər həyatı boyunca onu dəfələrlə narahat etmişdir. Malkolm X-in ölümü də bu səbəblərə bağlı idi. Belə ki, onun qabaqda siyasi bir partiyanın başında olacağı və Amerika hökumətini, müsəlmanlara qarşı qəddar davranmasına görə sıxışdıracağını fikirləşən Amerika təhlükəsizlik işçiləri də öldürmüş ola bilər. Və yaxud, xüsusi ilə, həcdən qayıtdıqdan sonra hər fürsətdə xətalarını xalqa çatdırdığı üçün Elijah Məhəmməd tərəfindən öldürüldüyü də söylənilir.
 
Bir sözlə, ölümü ilə arxasında buraxdığı müsəlmanlara bir hədəf göstərən Malkolm X-in ruhu, hal-hazırda Amerikada yaşayan müsəlmanlar tərəfindən tez-tez yad edilir və sevilir. Bu sevginin nəticəsi olaraq onun həyat və mübarizəsi bir kino lenti və kitablarla əbədiləşdirilmişdir.

Google+ WhatsApp ok.ru