Bu gün Özbəkistan prezidentinin əvəzləyicisi bilinəcək

Bu gün Özbəkistan prezidentinin əvəzləyicisi bilinəcək

Bu gün - sentyabrın 8-də Özbəkistan Ali Məclisinin qanunverici palatası ilə Senatın birgə iclası keçiriləcək.

İclasda Islam Karimov-un ölümündən sonra ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxsin təyin olunması məsələsi müzakirəyə çıxarılacaq.

Özbəkistan Konstitusiyasının 96-cı maddəsinə görə, "mövcud Prezidentin öz səlahiyyətlərini gerçəkləşdirməsi mümkün sayılmayanda, onun vəzifə və yetkiləri müvəqqəti olaraq Özbəkistan Respublikası Ali Məclisi Senatının Sədrinə keçir".

Qanunda üç ay müddətində prezident seçkisinin keçirilməsi də nəzərdə tutulub.

Hazırda Özbəkistan Ali Məclisi Senatının sədri Nigmatulla Yuldaşevdir.

İslam Kərimovun ölümü rəsmən sentyabrın 2-də açıqlanıb.

Özbəkistan prezidenti sentyabrın 3-də doğulduğu şəhərdə - Səmərqənddə torpağa tapşırılıb. (AzadliqRadiosu) /

Google+ WhatsApp ok.ru