Bu hallarda sizi işdən çıxara bilməzlər- RƏSMİ AÇIQLAMA 22 Fevral 2021 16:24 Ölkə "Pandemiya dövründə aparılan tədbirlər nəticəsində bizə müraciət edən vətəndaşlardan 700-dən çoxunun işinə əsassız xitam verilməsi məlum olub və onlar öz işlərinə bərpa ediliblər". BAKU.WS xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı bildirib. Onun sözlərinə görə, nəzarət tədbirləri nəticəsində əgər bu hallar aşkarlanarsa, işə götürənlər əsassız xitam verərsə, onlarla bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilir: "İndiyə qədər 200-ə yaxın işə götürənlə bağlı məktub özlərinə ünvanlanıb ki, onlar xitam verdikləri müqavilə ilə bağlı məlumat və sənədləri Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərsinlər. Çünki sistemdə nəzarət vaxtı verilən xitamların əsassız olması ilə bağlı şübhələr yaranıb və işəgötürənlərin göndərdikləri sənədlər sayəsində məsələnin real mahiyyəti üzə çıxacaq. Əsaslı xitam Əmək Məcəlləsinin 68-ci maddəsində əks olunub. İşçi özü ərizə yazıb işdən çıxırsa, bu, əsaslı xitamdır. İşçinin əmək müqaviləsinin vaxtı - 3 ay, 6 ay, 9 ay, 1 il tamam olubsa, vaxtı bitibsə və müqaviləyə xitam verilibsə, əsaslı xitamdır. Lakin birdən-birə kütləvi ixtisar olubsa, işçinin özünün xəbəri olmadan xitam verilibsə, bu, əsassız xitam sayılır. İşçi bizə müraciət edir ki, onun xəbəri olmadan müqaviləsinə sistemdə xitam verilib. Biz müqavilədə baxırıq ki, onun öz ərizəsi ilə xitam verilməsi qeyd olunub. İşçi isə heç bir müraciət etmədiyini və ərizə yazmadığını bidirir. Sadəcə ona deyilir ki, işə gəlmə və işlə əlaqələri bitib. Bu artıq işçinin özünün xəbəri olmadan müqaviləsinə xitam verilməsi və qanunsuz haldır". Qeyd edək ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları aşağıdakılardır: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Teqlər : #hallarda,#sizi,#işdən,#çıxara,#bilməzlər,#RƏSMİ,#AÇIQLAMA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edildi Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər Ölkə Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları üçün qaydalar sadələşdirilib Son 9 ildə Bakıda belə kəskin hava şəraiti qeydə alınmayıb - Nazirlik Bu istiqamətlər üzrə avtobuslar tam hərəkət edə bilmir - Siyahı Bakıda qarlı havaya görə avtobuslar dayanacaqdan kənar da saxlayacaq Piyadalar yolda qalıb - Foto Qarlı hava nə qədər davam edəcək? - AÇIQLAMA/YENİLƏNİB ‘Azərsu’dan əhaliyə xəbərdarlıq Yayda qadınların pensiya yaşı daha 6 ay artırılacaq Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişləndirildi Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər Havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edildi İran və Azərbaycan birlikdə 2 SES-in tikintisini davam etdirəcək Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb Bakı ilə Dubay arasında uçuşlar bu tarixdən bərpa olunacaq Fevralın 20-nə gözlənilən hava şəraiti açıqlanıb Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb Sürücülərin nəzərinə: Bəzi yollarda qar uçqunu olub, buzlaşma var - SİYAHI Bakının Nizami rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq Bakının Nizami rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq Ceyhun Bayramov İran parlamentinin komissiya sədri ilə görüşüb Sabaha gözlənilən hava şəraiti açıqlanıb Hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedənlərdən tələb edilən sənədlər açıqlanıb Novruz bayramında 9 gün iş olmayacaq Hava şəraiti ilə bağlı xəbərdarlıq - Dağlıq yerlərdə şəxsi avtomobildən istifadə etməyin Magistraturaya sənəd qəbulu: 13857 bakalavr ərizəsini təsdiqləyib Qaz sayğacı kartlarının verilməsi yerində icra olunacaq Fevralın 17-də gözlənilən hava şəraiti açıqlanıb İranın parlament heyəti Bakıda səfərdədir Bakıda bu saatlarda avtobus zolaqlarına girmək olar Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil - Nazirlik Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir Kitabxanamıza 5 ədəd yeni kitab əlavə olunub Temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ Sabah hava necə olacaq? Azərbaycanda bağçaların fəaliyyəti bərpa olunub Bu gündən Bakı, Sumqayıt və Abşeronda V-IX siniflər açıldı Magistraturaya sənəd verən bakalavrların sayı AÇIQLANDI Abşeronun bir hissəsində işıq olmayacaq Doktorantura üzrə imtahanlarda 1536 namizədin iştirakı gözlənilir
Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir