Bu il 274 nəfər universitetlərə imtahansız qəbul olunacaq

Bu il 274 nəfər universitetlərə imtahansız qəbul olunacaq

"Bu il beynəlxalq və ölkədaxili olimpiyadalarda qalıb olmuş 274 nəfər universitetlərə imtahansız qəbul olunacaq".
 
Bu barədə məlumatı Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev verib.
 
O bildirib ki, qaliblərin 127 nəfəri bölgə və kənd məktəblərinin şagirdləridir:
 
"Son 3 ildə Bərdə, Oğuz, Ağcəbədi, Şəki və Sumqayıt şəhər məktəblərinin şagirdləri müsabiqələrdə yüksək nəticə göstərir".
 
Xatırladaq ki, Nazirlər Kabineti  “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na əlavəni təsdiq edib. Əlavədə beynəlxalq müsabiqələrin və yarışların siyahısı açıqlanıb.
 

Google+ WhatsApp ok.ru