Bu il 46 Azərbaycan hərbi qulluqçusu dünyasını dəyişib

Bu il 46 Azərbaycan hərbi qulluqçusu dünyasını dəyişib

Dünən Azərbaycan SQ-nin kapitanı Abbas Məlikzadə ürək çatışmazlığından dünyasını dəyişib. Müdafiə Nazirliyindən Turan-a verilən məlumata görə, zabit özünü pis hiss edib və tibb məntəqəsinə müraciət edib. O, hospitala göndərilib, amma yolda dünyasını dəyişib.
 
Öz növbəsində, "Xəzər" Hərbi Araşdırmalar Mərkəzi bildirir ki, dekabrın 4-nə qədər ölkənin təhlükəsizlik və müdafiə sahəsində 46 nəfər dünyasını dəyişib.
 
9 hərbiçi cəbhə xəttində Ermənistan tərəfindən açılan atəş nəticəsində həlak olub, 4 hərbiçi xəstəlikdən, 3 nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
 
12 hərbiçi naməlum səbəblərdən, 7 nəfər avtomobil qəzalarında, 4 nəfər mina və ya mərmi partlaması nəticəsində həlak olub.
 
İki nəfər ehtiyatsızlıqdan, bir nəfər isə nizamnamədənkənar münasibətlər nəticəsində həlak olub. İki nəfər intihar edib, bir nəfər sərhəd pozucuları ilə atışma zamanı həlak olub.
 
46 nəfərin 24-ü əsgər, 5-i gizir və kiçik çavuş, 12-si zabit, 5-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub.
 
40 nəfər Müdafiə Nazirliyinin, altı nəfər Sərhəd Xidmətinin hərbi qulluqçusudur.
 
Müdafiə Nazirliyi ölüm hallarının 28-i haqqında məlumat verməyib, Sərhəd Xidməti isə altı hadisədən ikisinə aydınlıq gətirib.
 
Bu müddət ərzində 18 hərbi qulluqçu yaralanıb. 8 nəfər mərmi partlayışından, 5 nəfər erməni gülləsindən, 4 nəfər sərhəd pozucuları ilə atışmada, 1 nəfərsə naməlum səbəbdən xəsarət alıb. 

Google+ WhatsApp ok.ru